Social Icons

Pages

11 Eylül 2012 Salı

Pekin-Asiyanın ən böyek meqapolislərindən biri



Pekin- Çinin rəsmi paytaxtı və 1949-cu ildən bəri müstəqil inzibati statusa malik şəhəri.

Çinin şimal-şərqində yerləşən Pekin dünyanın ən məşhur meqapolislərindən biri olaraq özünü qədim tarixi, mədəniyyəti, iqtasdiyyatı, siyasəti və son dövrlərdə turistik mərkəz kimi çox məşhurdur. Şəhər hələ
qədim dövrlərdən bəri Çinin ən əsas siyasi çoğrafi mərkəzi hesab olunur. Şəhərdə əhalinin sayı 12 milyondan yuxarıdır.

Pekin, qədim tarixa malik arxitekturası ilə turistlərin diqqətini hər zaman özünə çəkməyi bacarır.

Tarixin hər mərhələsi bu şəhərin arxitekturasına öz damğasını vurmuşdur.

Siz burada möhtəşəm imperiya saraylarını, ənənəvi Çin evləri yerləşən qədim küçələri, gözəl yaşıllıqları, parkları,qədim məbədləri görə bilərsiniz. Pekin zəngin mədəniyyət həyatı  ilə çox məşhurdur. Şəhərdə çoxlu muzeylər, sənət qaleriyaları və opera teatrı var. Çinin məşhur çay evləri, son dövrlərdə meydana gəlmiş karaoke barları və konsert kafeləri çox populyarlıq qazanıb.

Pekin dedikdə, ilk öncə ağlımıza gələn turistik yerlərdən biri Böyük Çin səddidir.  Əgər Pekinə getsəniz, mütləq bu möhtəşəm tikilini görməlisiniz. Böyük Çin səddi  təkcə Pekinin deyil, bütünlükdə Çinin ən məşhur və qədim abidələrindən biridir.  Böyük Çin səddinə hətta  Çinin simvolu da deyə bilərik. Çinin tarixinin böyük bir hissəsi bu divar ilə bağlıdır.  Səddin tikilməsinə, eramızdan əvvəl III əsrdə düşmənlərdən qorunmaq məqsədilə  başlanılıb.  Səddin ən hündür yeri 10 metrdir, orta hündürlüyü isə 6m hesab olunur.  Bütün sahələri ilə birlikdə səddin uzunluğu 8851km hesab olunur.  Kənarından kənarına səddin uzunluğu isə 2500 km-dir. Bu yer  hazırda Yuneskonun rəsmi irsi siyahısına aid edilmişdir.

Çin səddindən əlavə Pekinin məşhur tarixi abidələrindən biri də Qapalı Şəhərdir.  Ərazinin belə adlandırılmasının səbəbi budur ki, imperatorların dövründə, beş  əsr  Çinin sadə əhalisi bura buraxılmırdı. Qapalı Şəhər də 10 metr hündürlyündə olan divarla əhatə olunmuşdur və İmperator sarayı  Ququn da burada yerləşir. Bu saray meridian xətti boyunca tikilib. Meridian Şimaldan Cənuba doğru keçir və Cənub nöqtəsində imperatorun taxtı yerləşir. 1914-cü ildən bəri saray muzey kimi fəaliyyət göstərməyə başlayıb. Muzeyin içində siz 5 əsr ərzində imperatorların istifadə etdikləri müxtəlif antikvar əşyaları görə bilərsiniz.

Budur, Pekinin daha bir turistik abidəsi-Tiananmen meydanı. Bu,  Pekinin ən əsas meydanıdır və 1417-ci ildə tikilmişdir. 1949-cu il oktyabrın birində məhs Tiananmen meydanında Mao Tsedun  Çin Xalq Respublikasının yaradıldığını elan etmişdi. Meydanın Şimal hissəsində Mao Tsedunun portreti asılmışdır, cənub tərəfdə isə onun məqbərəsi yerləşir.

 Bu şəhərdə olarkən  hər addımda sizi tarixin qədim izləri gözləyir.  Bir-birindən gözəl məbədlərin, sarayların tarixini eşitdikcə insan bu yerləri tərk etmək istəmir.  Belə məbədlərdən  Səma məbədi Tyantyan, Konfutsi məbədi, Yatan Budda məbədi, Lamaist məbədi  Yunhequn və başqalarını sadalamq olar.




Pekin  qeyri-adi gözəliklərə malik parkları ilə də çox fərqlənir.  Şimal dənizinin parkı Beyxay, İxeyuan parkı, Dünya parkı, Sişan parkı ən məşhurlarındandır. Bu parklarının hər birinin özünəməxsus maraqlı tarixi və gözəlliyi vardır.


Hiç yorum yok:

Yorum Gönder