Bu
ilin ilk səkkiz ayı ərzində Barselonaya milyonlarla xarici turist gəldi. Bu rəqəm
keçən ilə nisbətən 5% çoxdur. Məlumat
“Hotels con D.O” orqanizasiyası tərəfindən
hazırlanıb. Ehtimal olunur ki, bu rəqəmlərlə
Barselona keçən ilki
rekordunu da üstələyəcək. Xatırladaq ki, keçən ilki bu şəhəri
7,4 milyon turist ziyarət etmişdi. Eyni zamanda iyul və avqust aylarında şəhərin
otellərin qiymətində artımın olmasına baxmayaraq tursit axını davam edir.
Barselona
Otellər assosiasiyasının prezidenti Xerdi Klos bildirib ki, otellərdə yerlərin
gözləniləndən daha tez dolması və ümumilikdə şəhərə axın edənlərin sayı nın
artması xarici tursitlər hesabına əldə olunub(Amerika və Rusiya vətəndaşları
üstünlük təşkil edir). Yerli tursitlərin sayı isə nəzərə çarpacaq miqdarda
azalıb.
Biraz
Barselona haqqında:
Barselona
Katalonyanın paytaxtı. Katalonya-İspaniyanın bir hissəsidir, burada bütün
insanlar özünü evindəki qədər rahat hiss edə bilər, çünkü yerli əhali
Katalonyaya gələn hər kəsi yaxın dostu kimi qəbul etməyi bacarır. Katalonyalılar-hər
zaman bir-birinə, hətta tanimadığı insanlara belə yardım etməyə hazır olan dostcanlı və mehriban
insanlardır. Katalonyanın İspaniyanın şimal hissəsində yerləşməsinə
baxmayaraq,buranın iqlimi unikaldır. Çox
da isti olmayan yay və mülayim qış. Burada ilin 300 günü günəş olur. Katalonya
dağ, meşə və dənizin bir yerdə olduğu möhtəşəm təbiətə malikdir. Barselona isə
onun məşhur şəhəridir. Bu şəhər, qədimdə Aralıq dənizinin ən gözəl şəhəri hesab
olunurdu. Çəkinmədən demək olar ki,
Barselona dünyanın ən gözəl şəhərlərindəndir. Barselona ele bir yerdir ki,
burada yaşayanlar həm tarixi, həm qədim arxitekturası, həm də mədəniyyəti ilə fəxr
edə bilərlər. Barselonanın tarixi
İspaniyadan daha qədimdir. Bu, abidələrin və canlı tarixi səhiflərin
ansamblıdır. Qədim Roma dövründən burada Qot məhəlləsi, orta əsrlərdən isə dəbdəbəli
memarlıq abidələri qalmışdır. Yayda, Barselona gül ətri və quşların səsi ilə
dolur, bəzi küçələr isə quş bazarının xatırladır.
Barselona Madriddən, Romadan, Berlindən və digər Avropa şəhərlərindən çox fərqlənir,
Bura port şəhəridir, bura məşhur Qaudinin yaşadığı şəhərdir. Roma dövründə,
Barselona indiki Qədim şəhər (Ciutat Vella) adlanan hissədə məhdudlaşırdı. Bu ərazinin
sərhəddi dəniz, Monjuk dağı və dairəvi rond küçəsi, XIX əsrin ortalarında
xaraba qoyulmuş qala divarları idi.
Barselona
tarixinin bir hissəsi Antonini Qaudi ilə sıx bağlıdır. Qaudi qeyri-adi
fantaziyaları ilə modern üslubunda binalar tikən məşhur arxitektor idi. Onun
evi Qauel parkinda yerləşir. Bu park kiçik şəhərciyi xatırladır. Burada bağlar,
bazarlar, gözəl fontanlar və s. yerləşir, lakin parkın tikintisi tamamilə başa
çatmamamışdır. La Sagrada Familia bazilikası arxitektorun yaradıcılığını ən məşhur
əsəridir, onun inşası üçün 1882-ci ildən ömrünün sonuna qədər (1926) çalışmışdır. Dəbdəbəli Passeig
de Gracia parkında, Qaudinin qeyri adi formada inşa etdiyi tikililərdən biri
olan, qanadlı əjdaha binası yerləşir. XX əsr memarlğının formalaşmasında
Qaudinin böyük rolu olmuşdur.
İspaniyaya köçmək və yaşamaq haqqında daha ətraflı məlumat üçün tıklayın
Hiç yorum yok:
Yorum Gönder