Social Icons

Pages

25 Eylül 2012 Salı

Ən yaxşı yeməkləri olan ölkə


Latın Amerikasında  səyahət etmək üçün ən yaxşı  yeməkləri olan ölkə Peru seçildi. Perunun mətbəxi bu ölkələr arasında ən cəlbedici oldu.  Həqiqətən də ölkə müxtəlif çeşidli mətbəxi ilə seçilir və bu sahədə Latın Amerikasının Paytaxtı hesab olunur. Mükafatlandırma mərasimi bu ilin dekabr ayında kçiriləcək. Bu nominasiyada qalib gəlmək üçün Peru Arqentina, Braziliya, Çili, Ekvador, Uruqvay, Paraqvay,
Venesuela, Boliviya kimi ölkələrlə mübarizə aparmalı oldu.
Biraz Peru haqqında:
Peru cənubi Amerikada yerləşən və sakit okeana çıxışı olan bir ölkədir. O Latın Amerikasının ən böyük Respublikaraından biridir. Paytaxtı Lima şəhəridir.
Peru iqtisadi cəhətdən kasıb ölkə olsa da,  onun təbiəti unikal və rəngarəngdir. Siz burada keçilməz çaylar, Hündür dağlar, səhralıqlar, və okean görə bilərsiniz. Burada hələ də itmiş şəhərlər haqqında əfsanələr dolaşır.
Peru-ink sivilizasiyasından bəri qalmış sirlər və macəralar ölkəsi.    Qərbdən Şərqə ölkə üç təbii əraziyə bölünür: Kosta-Sahil səhralıq, Siyera-yüksək And dağları, Selva-And dağlarının şərq yamacları və Amazon.
Peru əsasən dağlar və səhralıqlarla bağlı olsa da, onun ərazisinin 65% Amazon Cunqliyası ilə əhatə olunub. Bu cəhətinə görə Peruya səyahət etmək çox maraqlı və həyəcanvericidir.
Perunun tarixi qədimdir. Qüdrətli ink sivilizasiyası burada çoxlu sayda mədəniyyət  nümunələri qoymuşdur-böyük məbəd və saray qalıqları, geniş yol şəbəkələri və s.  1532-ci ildən bəri burada ispanlar ağalıq etməyə başladılar və inklərin bütün var dövlətləri əllərindən alındı. 1821-ci ildə isə Peru öz müstəqilliyini elan etməyi bacardı. Hal-hazırda Peruda rəsmi dil İspan dilidir.



Hiç yorum yok:

Yorum Gönder