Social Icons

Pages

5 Kasım 2012 Pazartesi

Stokholm-Isveç krallığının paytaxtı, Nobel mükafatlarının vətəni


Stokholm-Şimali Avropanın cəlbedici şəhəri, İsveç krallığının paytaxtı.  Bu şəhər başqa heç bir şəhərə bənzəmir. Orta əsrlərdən qalan və yaxşı  formada   saxlanılmış qədim binalar  müasir memarlıq üslubunda tikilmiş binalarla qonşu  yerləşir. Stokholm  14 adadan ibarətdir və buna görə də burada həmişə suyun necə də yaxın olduğu hiss olunur.  Bundan əlavə  Stokholm Nobel mükafatlarının doğma vətənidir.  Şəhərin yaxınlığında 24000 adadan ibarət olan Şxer arxipelaqı yerləşir.
Şəhərin əsasının qoyulması onun Melaren gölü ilə Baltik dənizini birləşdirən kanalın əlverişli hissəsində yerləşməsi ilə bağlıdır.
Əhalinin burada sıxlaşması XII əsrin sonıarına aiddir.  1252-ci ildə isə o şəhər hüququnu aldı və İsveç krallarının yaşayış yerinə çevirldi. Yeni paytaxt Stokholm adlandırıldı.
Stokholm həm də Avropanın sürətlə inkişaf edən liman şəhərlərindən biridir. Bu şəhər ölkənin beynəlxalq turizm mərkəzi hesab olunur.  Əhalinin əsasının İsveçlilər təşkil etsə də burada çoxlu Norveçli, Danimarkalı, İslandiyalı, türk və ispan vardır. Rəsmi dil İsveç dilidir. Şəhər həm də gözəl təbiətə malikdir: su sahələri, yaşıl parklar,qranit və bazalt qayalıqları, bir-biri ilə yanaşı yerləşən  qədim və müasir binalar.
Stokholmun əsas  tarixi hissəsi “Qədim Şəhər” adlanan ərazidədir.  O, Kral sarayının da olduğu adada yerləşir. Kral sarayının əsası 1792-ci ildə III Qustav tərəfindən qoyulub. O, İtaliyaya səfər etdikdən sonra bu sarayı bəzəmək  üçün özü ilə bərabər mərmər heykəllər gətirib. 

 Kral sarayı özündə 5 fərqli  muzeyi birləşdirir. Şəhərin bu hissəsində  XVI-XVII əsrlərdən qalma küçələr, qədim evlər və  çoxlu sayda memarlıq abidələri vardır.  
Stokholmun müasir ticarət və incəsənət mərkəzləri isə Nostra kanalının şimal sahilindədir. Burada İsveçin ən böyük şirkətlərinin və banklarının baş ofisləri, Parlamentin yeni binası,  şəhərin ən böyük otelləri, hündürmərtəbəli binalar, mərkəzi şəhər qatar stansiyası,dram və opera teatrları yerləşir.

 “Qədim şəhər”in qarşı tərəfində Melaren gölündə Kungshelmon adası yerləşir. Şəhərin bu hissəsini kərpicdən tikilmiş hündür Stadshuset abidəsi bəzəyir, o kvadrat formalı qaladan ibarətdir, ucunda isə 3 qızıl tac yerləşir.  106 metrlik qalanı  uzaq məsafədən də asanlıqla görmək mümkündür. 



Binanın 1923-cü ildə tikilməsinə baxmayaraq, o Şəhərin bu hissəsinə qeyri-adi bir görünüş bəxş edir və bu abidə Stokholmun əsas simvollarından biridir. Məşhur Nobel mükafatlarının yığıncaqları məhs bu bu binada keçirilir.
Şəhərin şərq hissəsində Baltik dənizi buxtasında Şepskolmen adası yerləşir. Stokholmun məşhur müasir incəsənət muzeyi olan “Yurqorden” də bu adadadır. Bura həm attraksiyonları olan meşəyəbənzər park, həm Zoopark, həm də Şimali Avropa ölkələrinin tarixini əks etdirən böyük  muzeydir. Dünyaca məşhur açıq səma altında olan “Skansen” muzeyi də bəhs etdiyimiz adada yer alır. Bu,  şəhər və kənd memarlığının muzeyidir. “Skansen” muzeyi Avropanın bu tipdə olan ən qədim muzeylərindən biridir. Burada xalq mahnıları və rəqsləri ifa edilir, qədim üsullarla parça və keramik əşyalar istehsal olunur, yüz il bundan qabaqkı yollarla çörək bişirilir, yağ və pendir hazırlanır. Ümumiyyətlə Stokholmda 70-dən çox muzey vardır.

Hiç yorum yok:

Yorum Gönder