San-Fransisko
Amerikanın Kaliforniya ştatında yerləşir.
Bura Sakit okeanın sahilində yerləşən və 3 tərəfi su ilə əhatə olunmuş cəlbedici
şəhərdir. O özünün yay dumanı, Viktoriya
memarlığı, kəndir yolları, müasir memarlıq abidələri və gözəl mənzərələri ilə
çox məşhurdur. San-Fransisko ABŞ-ın və
Şimali Amerikanın əsas turistik şəhərlərindən biridir.
Beləliklə
gəlin San-Fransiskonun ən məşhur turistik yerləri ilə tanış olaq.
Çaynataun
: Əsası 1840-cı ildə qoyulub. Çaynataun Asiyadan sonra dünyada Çinlilərin
çox olduğu ən böyük ərazilərdən biridir.
Burada yaşayan Çinlilərin çoxu qitələrarası dəmir
yolunda çalışan immiqrant işçilər və qızıla hücum dövründə bura gələn mədənçilər
olub.
Transamerika:
Şəhərin maliyyə rayonunun mərkəzində
yerləşən bu göydələn Qızıl Darvaza körpüsündən sonra San-Fransiskonun ikinci
simvolu hesab olunur. Memar Uilyam
Pereyranın sözlərinə görə bu piramida
göydələnlər üçün ideal bir formadır. Binanın üstünlüyü ondadır ki, o, küçəyə
daha çox işıq və hava daxil olmasına şərait yaradır. Onun hündürlüyü 260
metrdir və hələ də San-Fransiskonun ən hündür tikilisidir.
Lombard
strit: Bu küçə Hayd və Livenuort küçələri
arasında yerləşir və San-Fransiskonun ən
dolama küçələrindən biridir. Küçənin belə formada olmasının səbəbi dik olan təpədən enişi asanlaşdırmaqdır. Bu yolda mümkün sürət həddi saatda 8 km saatdır.
Golden
Gate park: Bura möhtəşəm yel dəyirmanları,
muzeyləri, gölləri olan böyük şəhər parkıdır.
Bu park 1017 hektar ərazini əhatə edir. Golden Gate parkı San-Fransiskonun ən məşhur turistik yerlərindən biridir.
Alkatras:
Bura bir vaxtlar ən təhlükəli cinayətkarların saxlanıldığı həbsxananın yerləşdiyi
adadır. Belə hesab olunur ki, bu həbsxanadan qaçmaq mümkün deyil. Hal-hazırda bu ada San-Fransiskonun məşhur
turistik yerlərindən və tarixi abidələrindən
biridir. Hər il adaya minlərlə turist
axın edir.
Qızıl
Darvaza Körpüsü: Bu körpü San-Fransiskonu şimaldan San-Fransisko yarımadası, cənubda
isə Sausalito şəhərciyi yaxınlığındakı Marin rayonu ilə birləşdirir. Körpü
1937-ci ildə tikilib, onun tikintisinə 7 il sərf olunub. Qızıl Darvaza körpüsü tikilib qurtarandan
sonra dünyanın ən böyük körpüsü elan edildi. Bundan sonra o San-Fransiskonun və
Kaliforniyanın əsas simvoluna çevrildi.
Hiç yorum yok:
Yorum Gönder