
Milan
özünün modası, mətbəxi, operası, kilsələri,
intibah dövrünə aid qalası və Leonardo Da Vinçinin “Son axşam yeməyi”
freskosu ilə turistlərin diqqətini cəlb edir.
Bundan əlavə Milan ölkənin əsas maliyyə mərkəzlərindən biri və ən böyük
şəhərlərindəndir.
Milanın
turistik yerləri arasında ən önəmlisi Duomo kilsəsidir. Bu kilsənin mövcudluğu
ilk Milan hersoqu III Jan Qaleatskeyo Viskontinin adı ilə bağlıdır. Kilsənin
tikintisinə 1386-ci ildə bşlanılmış və hələ də sona çatdırılmamışdır. Duomo
kilsəsi İtaliyanın ikinci ən böyük kilsəsidir. Viskonti İtaliya kralı olmaq üçün ailənin ən güclü namizədlərindən biri
idi. Mövcud kilsənin ölçülərinin
bu təntənəli tacqoyma mərasimi
üçün uyğun olmayacağını hesab edən Viskonti yeni bir kilsə inşa etdirməyi qərara
alır. Lakin 1402-ci ilə o vəba xəstəliyinə tutulur və vəfat edir. 1927-ci ildə isə kilsəyə bronz qapılar qoyuldu.
Kilsənin ən dəyərli
yeri müqəddəs Karla Borrome türbəsidir.
Kilsənin damı da gözəl və unikaldır. Burada muzeydəki kimi gəzə və möhtəşəm mənzərəni
seyr edə bilərsiniz. Əgər şəhəri gəzmək üçün vaxtınız azdırsa onda bütün
zamanınızı burada keçirə bilərsiniz, çünkü buradan bütün şəhəri seyr etmək
mümkündür.
Milanda
növbəti görülməsi vacib olan yer Santa
Mariya della Qrazie kilsəsidir. Özünün şah əsərlərindən birini Leonardo Da
Vinçi bu kilsənin arxa divarında çəkmişdir. O zamanlarda bura dominikan kilsəsi
idi. 1943-cü ildə binaya bomba düşdü. Bunun nəticəsində Kilsənin damı və bir divarı dağıldı amma Məşhur əsərin çəkildiyi
divara bir zərər dəyməmişdi. Kilsədən
bir neçə addım uzaqda elm və texnika muzeyi yerləşir, burada rəssamın
ixtiraları və layihələri vardır.
Şəhərin
daha bir turistik yeri Sforza qalasıdır.
Burada Mikelancelonun tamamlanmamış
“Pieta” əsəri yerləşir. Dünyaca məşhur heykəltəraş bu əsərini yaradarkən 90
yaşında idi. Onun ağlı yerində olsa da, artıq əlləri qocalmışdı. Bu əsər ağır təsir bağışlayır.
Sforza qalasının mərmərdən
olan zalları hal-hazırda muzey kimi istifadə olunur.
Bütün
bunlardan əlavə Milanda çoxlu muzey və qalereyalar görə bilərsiniz. Bir vaxtlar Napoleon və Jozefino Boqarnenin
yaşadıqları Real villası da Milan şəhərində yerləşir.
Burada şəhərin küçələrini gəzərkən tarixin qədim
izləri sizi müxtəlif dövrlərə aparacaq. Bir birindən gözəl memarlıq inciləri,
kilsələr, qədim küçələr, dadlı mətbəx,
gülərüzlü insanlar sayəsində Milan sizin ən sevimli şəhərinizə çevirəcək.
Hiç yorum yok:
Yorum Gönder