Dünən Ukraynanın paytaxtı Kiyevde pop
musiqisinin kraliçası Madonnanın konserti
baş tutdu.
Kiyevin
Olimpiyski stadionunda keçirilən
konsert 3 saatdan çox olan gecikmə ilə başladı. Dünyaca məşhur ifaçıdan əvvəl DJ Kril gələn fanatları əyləndirdi. Madonna səhnəyə
qeyri-adi, başgicəlləndiri şou ilə
başladı, Mükəmməl işıq effektləri, səhnə qurluşu ifaçının mükəmməl ifası və rəqsi gələnləri
heyran etməyi bacardı. Konsert zamanı Madonna ukrayna və rus dilində bəzi sözlərdə
işlətdi.
Konsertdən əvvəl ifaçı son məşqlər zamanı səhnəyə çıxdı. Bu
vaxt artıq stadionda fanatlar yerləşməyə başlayırdı. Məşq zamanı fanatların əlində
rus bayrağını görən ifaçı bu bayrağı Ukraynanın bayrağı hesab edərək əlinə
aldı.
Sonra fanatlar bu bayrağın Rusiyanınkı olduğunu söylədilər və bu dəfə ona
Ukraynanın bayrağını verdilər. Madonna bayrağı bir neçə dəqiqə əlində tutub fanatlara qaytardı.
Bu vaxt ifaçı fanatları şoka salmağı da bacardı, o, Ukraynanın Prezidentinin adını bildiyini söylədi,
hətta Madonnan Viktor Ynukovicin adını çəkdi və əlavə etdi.“Demokratiya üçün
mübarizə aparın”.
Hiç yorum yok:
Yorum Gönder