İsveçrə
və bu ölkənin paytaxtı Bern 20-ci əsrin dağıdıcı müharibələrindən kənarda
qaldığına görə, əsrlər boyu formalaşmış görüntüsünü qoruyub saxlamışdır. Şəhərin
memarlığı təkcə Alp ölkələrinin deyil, bütün Avropanın zəngin tarixini əks
etdirir. Bu günə
qədər qalmış tarixi binaların əksəriyyəti XVI-XVII əsrə aid olan yerli daşlardan
tikilib. Bir çoxunun əsası XVI əsrdə qoyulmuş fontanların incə formaları gələn turistləri heyrətə gətirir. 6 km uzanan
bazar sayəsində isə Bern müasir
Avropanın ən uzun örtülü ticarət zonasına çevrilmişdir. Şəhərin əsası
1191-ci ildə hersoq V Bertold tərəfindən
qoyulmuşdur. Bern şəhərinin simvolu
ayıdır. Bu, hersoqun ov vaxtı öldürdüyü ayının şərəfinə qəbul olunmuşdur, şəhərin
adı da elə ayının şərəfinə qoyulmuşdur. 
Bernin
əsas tursitik yerləri müxtəlif
üslublarda tikilmiş məbədlər və kilsələrdir.
Berndə
Qədim Şəhər adlandırılan yer, Avropada orta əsrlərə aid olan ən gözəl tikililərdən
biri hesab olunur. Burada olanların unikal tarixi abidələrdən olan Saat
Qalasına, Parlament binasına, Müqəddəs ruh kilsəsinə, Ayı dərəsinə qarşı biganə
qalması mümkün deyil. Ayı dərəsində 1480-cı ildən bəri ayılar yaşayır. Bura Avropanın ilk zoopark
tipli yerlərindən biridir.
Bern Kilsəsi
İsveçrənin qot üslubunda tikilmiş kilsələrində birdir. Kilsənin tikintisinə
1421-ci ildə başlanmış və yalnız 1893-cü ildə tamamlanmışdır. Kilsənin ən əsas
detallarından biri onun bəzəyidir-XVI əsrə aid mebel və pəncərələrdir.
1983-ci
ildən bəri Bern UNESCO-nun dünya mədəni irsi siyahısına aid edildi. Berni əsas
fərqləndirən xüsusiyyətlərdən biri də küçələrin hər iki tərəfi boyunca uzanan
talvarlardır ki, bunun sayəsində siz Berndə ekskursiya zamanın havanın yağış və
qar olmasından asılı olmayaraq gəzintinizi rahatlıqla davam etdirə bilərsiniz.
Bernin
ən görməli yerlərindən biri də gözəl və mənzərəli Klyayne-Şantz parkıdır. Burada iki möhtəşəm göl
və Alp dağlarına açılan mənzərə var.
Berndə
həm də Albert Eynşetynin yaşadığı evlə də çox məşhurdur. O, 1905-ci ildə burada nisbilik nəzəriyyəsini
yaratmışdır.
Hiç yorum yok:
Yorum Gönder