Social Icons

Pages

12 Eylül 2012 Çarşamba

Kanadanın Albert əyalətində dünyanın ən böyük QR-kodu hazırlandı.


Sizin şəkildə gördüyünüz dünyanın ən böyük QR-kodudur.  Bu QR-kod Kanadanın Albert əyalətində olan qarğıdalı sahəsində yerləşir. O,  28760 kvadrat metr sahəni əhatə edir. Bu ərazi Krey ailəsinə məxsusdur. Onlar  turistlərin diqqətini cəlb etmək üçün müxtəlif növ labirintlər hazırlamağı sevir. Kanadalılar əminliklə bildirirlər ki,
bu kodun şəkili hündürlükdən çəkilən zaman QR-kod asanlıqla oxunur və hər şey  uyğun gəlir. Burada kodlaşdırılmış bütün kodlar-fermanın saytına aparan böyük bir hiperlinkdir.

QR-kod 1994-cü ildə Yapon alim Denso tərəfindən yaradılıb. QR-kodlar əsasən  jurnallarda, bilbordlarda, qida qablaşdırmalarında, şüşə qablarda və reklamlar zamanı ekranin küncündə yerləşdirilən kvadratlardır.  QR-kodu  mobil cihazların kameraları vasitəsilə oxunan xüsusi bir matriks barkod  növüdür.

Bu QR-kod rəsmi olaraq Ginnesin rekordlar kitabına daxil edilib və Krey ailəsi sentyabrın 15-də bu uğuru qeyd etməyə hazırlaşır. Bu böyük QR-kod həm də Qarğıdalı sahəsində hazırlanmış ən böyük labirintdir.

Hiç yorum yok:

Yorum Gönder