Social Icons

Pages

11 Eylül 2012 Salı

Günahlar şəhəri-Las Veqas


Amerikanın  Cənubunda, Nevada ştatında yerləşən bu şəhər parlaq neon işıqları, kazinoları, bahalı otelləri, uzun gecə həyatı  və qeyri-adi şouları ilə çox məşhurdur. Dəniz sahilində olmamasına və qısır qumların əhatəsində olmağına baxmayaraq, Las Veqas dünyanın ən böyük əyləncə
mərkəzlərindən biridir. 

Əgər 1829-cu ildə Texasdan Las Ancelesa yol düşən Ticarət karvanı Moxavi səhrasında yolunu itirməsəydi, bəlkə də Las Veqas indi mövcud ola bilməzdi. İlk dəfə Amerikanın xəritəsində Las Veqas 1905-ci ildə, kiçik bir şəhərcik  kimi  yer aldı.
Şəhərin mərkəzində yerləşən və hər zaman bayram əhval ruhiyyəsi hiss olunan Las Veqas bulvarında (Las Veqas Strip) şəhərin ən böyük otel və kazinoları yerləşir.  Ən böyük kazinolar isə “The Bellagio”, “Mandalay bay Resort”, “MGM Grand”   və başqalarıdır. Şəhərdə Eyfel Qülləsinin surəti , Sfinksin surəti və dünyanın yeddi möcuzəsinin hər birinin surəti mövcuddur. Las Veqası  bəzən “günahlar şəhəri” də adlandırırlar. Çünki buraya gələnlər əksər hallarda  bir gecə içində həm bütün var dövlətini itirə bilər, həm də heç vaxt qazana bilməyəcəyi var dövlətə sahib ola bilərlər.  Əgər siz şanslı oyunçu deyilsinizsə, bu səbəbdən də Las Veqası görməkdən çəkinirsinizsə, çox yanılırsız. Kazinolardan əlavə Las Veqasda inanılmaz turistik məkanlar var.



Şəhərin ətrafında  görməyə  dəyən möhtəşəm təbii gözəlliklər vardır. İlk növbədə, Kolarado sahili boyunca 365 km uzanan və 715 m dərinliyi olan, dünyanın qeyri rəsmi səkkizinci möcüzəsi hesab olunan Boyük keçidi (Hoover Dam) görməlisiniz. Bu yerin heç bir yerdə görülməyən, inanılmaz nəfəskesici bir mənzərəsi var.

Şəhərin əhalisi buradakı bəzi binaların Amerikdada ən hündür binalardan olması ilə çox qürürlanır. Belə binalardan biri də “Stratosfer Tover”( Stratosphere Tower)-dir.  Bu binada yerləşən  Boulinq mərkəzi rekord sayda boulinq cərgəsinə malikdir(106).

Qeyri-adi əyləncələri , dinamikliyi, sevənlərə Las Veqası görməyi məsləhət görərdim.   Gizli bağ (Secrat Garden),  yüksək sürətli attraksiyonları sevənlər üçün  Speed Roller Coaster və Las Veqas Cyber Speedway  kimi əyləncə mərkəzləri şəhərin ən çox turist cəlb edən yerləridir . Rul arxasında Ekstrimi və yüksək sürərti  sevənlər üçün Las Veqasda ən böyük yarış dairəsinə malik Las Veqas Motot Speedway mövcuddur.

Əgər siz bu şəhərə uşaqlarınızla gedmək fikrində olsanız, mütləq uşaqlar üçün yaradılmış “Lead Discovery” muzeyinə baş çəkin.  Bu muzey övladlarınız üçün qeyri-adi bir əyləncə mərkəzidir.


Hiç yorum yok:

Yorum Gönder