İtaliyanın
tarixi və mədəni irs üzrə Milli Komitəsi
Leonardo Da Vinçinin Mono Liza əsərinin Florensiyaya qaytarılması ilə
bağlı tələb irəli sürüb. Hamıya bəlli olduğu kimi Mono Liza portreti uzun illərdir
Parisin Luvr muzeyində saxlanılır. Lakin italiyanlar möhtəşəm əsərin doğma
yurdu Florensiyaya qaytarılmalı olduğunu düşünürlər. Komitə artıq bu məsələ ilə
bağlı 150000 min nəfərin imzalı ərizəsini qəbul edib.
Məşhur
rəssam Leonardo Da Vinçi bu rəsmi 1503-1505-ci illərdə İtaliyada çəkmişdir.
Ölümündən 3 il əvvəl , 1516-cı ildə rəssam portreti özü ilə birlikdə Fransaya
aparmış və ömrünün sonuna qədər ondan ayrılmamışdır.
Məlumatlara
görə portret rəssamın ölümündən sonra onun varisi olan tələbəsinə qalmışdır.
Sonra portret Fransa kralı I Fransizko tərəfindən alınmış və Fontenble qalasında
saxlanılmışdır. XIV Lüdovikin dövründə isə
portret onun yeni sarayı olan
Versala aparıldı. XVIII əsrin sonunda Fransa inqilabından sonra məşhur sənət əsəri
, zamanla muzeyə çevrilən Luvra gətirildi.
Hiç yorum yok:
Yorum Gönder