19 Sentyabrdan etibarən
Avropada yeni valyuta meydana gəldi-Bristol
pound. Yeni valyuta Britaniyanın Bristol şəhərində yaradılıb və yalnız həmin şəhərdə
bu pullar ilə ödəniş etmək mümkün olacaq. Yeni valyutanı tətbiq etmək ideyası
Bristolda hələ keçən il yaranmışdı, lakin bu iş hər dəfə təxirə salınırdı. Yeni
valyutanın internet saytındakı(bristolpound.org) məlumatlara əsasən deyə bilərik ki, hal
hazırda dövriyyəyə 1, 5, 10, 20 britol fundunu əks etdirən pullar
çıxarılmışdır. Pulların üzərinə Şəhərin görməli yerlərinin və məşhur şəxlərinin
şəkilləri vurulmuşdur. Məsələn, 20 bristol fundunun üzərinə müəyyən hissələri
Bristol şəhərində hazırlanan “Konkord” təyyarəsinin
rəsmi yerləşdirilib.
Şəhər
hakimiyyəti yeni valyutanın Bristolun iqtisadiyyatına yaxşı təsir edəcəyinə
ümüd edir. Məlumatlara görə, pul dövriyyəyə buraxılan andan etibarən yüzdən
artıq müəssisə yerli pula keçmək istədiyini bildirib. Bir bristol fundu, bir
fund-sterlinqə bərabərdir. Lakin Fund- sterlinqi Bristol funduna çevirən zaman
3 % komissiya tutulacaq və bu pul yeni valyutanın saxlanılmasına xərclənəcək.
Hiç yorum yok:
Yorum Gönder