İtaliyanın
mərkəzində, dağ massivi olan ərazidə eramızdan əvvəl V əsrə aid yeraltı
piramida aşkar olunub. Piramida Umbria rayonunun cənub-qərbindəki Orviato şəhərində
yerləşir. Bu şəhərin tarixi Apenin yarımadasındakı qədim etrusk mədəniyyətinə gedib çıxır. Mənbələrə
görə Orvieto, eramızdan əvvəl VI-IV əsrlərdə
mədəni və iqtisadi baxımdan
inkişaf etmiş etrusk şəhərlərindən biri
olmuşdur. Lakin zaman keçdikcə o,
Romanın əsarəti altına keçməyə başlamış və e.ə 264-cü ildə tamamən Romaya tabe
olmuşdur. Qərbi roma imperiyasının süqutundan sonra Orvieto qotların, Bizansın və bir neçə
hersoqluğun tərkibində olmuşdur. 1157-ci ildə Papa VI Adrian buranı kommuna şəhəri
elan etdi və həmin gündən XIX əsrə qədər Orvieto müqəddəs kommuna tərəfindən
idarə olunurdu.
Aparılan
arxeoloji qazıntılar nəticəsində Orvieto ərazisində orta əsrlərə və antik dövrə
aid müxtəlif nümunələr tapılmışdır. Lakin bunlardan ən qiymətlisi eramızdan əvvələ
aid yeraltı tunellər və onları birləşdirən piramidadır. Bu tapıntının nə olması
haqqında artıq ilk fərziyyələr meydana gəlmişdir. Müqəddəs Anselman kollecindən David Corcun
söylədiyinə görə, bu tapıntının ya dini məbəd ya da qəbir olması ehtimalı yüksəkdir.
Tədqiqatçıların sözlərinə görə hər iki ehtimal heyranedicidir. Çünkü bundan əvvəl
İtaliyanın tarixində belə bir tapıntı olmayıb. Bu ərzidə gələcəkdə 12 metr dərinlikdə
yeni qazıntıların aparılması planlaşdırılır. Tədqiqatçılar ümüd edirlər ki,
yeni qazıntılar aparmaqla bu piramida haqqında daha dolğun məlumatlar əldə edəcəklər.
Ümumiyyətlə
etruskların tarixi haqqında konkret məlumatlar heç bir yerdə yoxdur. Bu xalqın yaranması haqqında tədqiqatçılarda
heç bir məlumat yoxdur. Tədqiqatçılara məlum olan yeganə məlumat onların Apenin yarımadasının şimal-şərqində
yaşadıqlarıdır. Etruskların həyatı və sonu haqqında da çox az məlumat
mövcuddur. Belə hesab olunur ki, Roma imperiyasının dövründə onlar tədricən
yerli əhali ilə qarışmışlar. Etruskların Roma Və Avropada mədəniyyətin formalaşmasında böyük rolu olduqları
qeyd olunur. Romalılar mühəndisliyi və yol salmağı etrusklardan öyrənmişlər.
Hiç yorum yok:
Yorum Gönder