Social Icons

Pages

28 Ekim 2012 Pazar

Bu qış Şimal qütbünün parıltısı xüsusilə gözəl və güclü olacaq.


Ehtimal olunur ki, bu yaxın aylarda qütb işıqları əvvəlki illərə nisbətən daha rəngarəng olacaq. Səmadakı qeyri-adi rəngləri görmək istəyən hər kəsə ən uzaq Şimal nöqtəsinə getməyi məsləhət görərdim. “Visit Norway” turist şirkətinin nümayəndəsi Khilk Hershelmanın sözlərinə görə  Şimal  qütb dairəsində bu rəngarənglik xüsusilə fərqlənəcək.  Bəzi insanlar göy üzündə əmələ gələn rəngarəngliyi  Cənub qütbündə də görə bilirlər. Yaxşı atmosfer şəraitində  bunu hətta Oslodan da görmək mümkün
olur.
Alimlərin “Aurora borealis” adlandırdığı Şimal qütb işıqları parıltısının son dərəcə güclənməsinin səbəbi bu il günəş dövrünün başa çatmasıdır. Bu dövrdə yer səthinin atmosferinə daha çox günəş hissəciyi düşür,  yerin maqnit qüvvəsi ilə günəş hissəciklərinin birləşməsi nəticəsində  göy üzündə təbii formada və gözlə görülə bilən şəkildə rəngli işıqlanma-yəni qütb parıltısı meydana gəlir.







Hiç yorum yok:

Yorum Gönder