Social Icons

Pages

14 Ekim 2012 Pazar

Arxeoloqlar Yuli Sezarın öldürüldüyü yeri dəqiqliklə təsbit ediblər.


Antonina Monterossonnun başçılığı ilə ispan arxeoloqları məşhur Roma imperatoru Yuli Sezarın öldürüldüyü yeri dəqiqləşdirə biliblər. Bu barədə məlumatları İtaliyanın Corriere della Sera qəzeti yayıb. Senatın iclası keçrilən məhkəmə zalında-Romanın Torre Arjentina meydanında aparılan  araşdırmalar uğurla nəticələndi. Arxeoloq Monterosso araşdırmalar zamanı  bu sözləri söyləmişdir: “ Roma klassiklərinin yazılarına əsasən məlumdur ki,  Yuli Sezar eramızdan əvvəl 44-ci il 15 martda
Pompey məhkəməsində öldürülmüşdür.  Lakin günümüzdə hadisənin harada törədilməsi ilə bağlı dəqiq faktlar yox idi.”
 Axtarışlar zamanı tədqiqatçılar 2-3 metr ölçüsündə beton daş aşkar ediblər.  Ehtimal olunur ki, bunu Sezarın ölümündən sonra onun şərəfinə oğlu Oktavian qoymuşdur. Arxeoloqlar əmindirlər ki, bu tapıntı  tarixi mənbələri təsdiqləyir: Yuli Sezar  məhkəmə zalının aşağı hissəsində, Senat yerində oturduğu zaman, öncədən planlaşdırılaraq Brut əsilli qul tərəfindən öldürülmüşdür.

Hiç yorum yok:

Yorum Gönder