Social Icons

Pages

30 Ekim 2012 Salı

Maya hindularına məxsus ən qədim məzarlardan biri aşkar edilib.


Arxeoloqlar Qvatemalanın qərbində Maya hindularına məxsus ən qədim məzarlardan birini aşkar ediblər.

Təxminən  2 min il yarım əvvələ məxsus məzarın ya hökmdara ya da hansısa kahinə aid olduğu ehtimal edilir.  Aparılan analizlər nəticəsində məlum olmuşdur ki, qəbir eramızdan əvvəl  700 ilə 400-cü il arasındakı dövrə aiddir. Məzardan  çoxlu sayda zərgərlik əşyaları, boyunbağı, başı  şahin quşu olan insan fiquru  tapılmışdır. Mayalılar üçün bu fiqur hakimiyyət, var-dövlət və şərəf rəmzi hesab olunurdu. Buna görə də alimlər  qəbrin yüksək zümrəyə aid olduğunu hesab edirlər. Belə insanları onlar K’utz Chman adlandırırdılar ki, bu da maya dilindən
tərcümədə “Baba Şahin” mənasının daşıyır. Lakin məzarın içində heç bir insan qalığı aşkar edilməyib,  ehtimal olunur ki, insan bədəni dövrümüzə qədər gəlib çatınca tamamən çürümüşdür.

Alimlər hesab edirlər ki, məhs tarixdə  “baba şahin”in hakimiyyəti başladığı vaxtdan maya sivilizasiyasını əks etdirən  ilk piramidalar, yüksək zümrənin nümayəndələrini təsvir edən  heykəllər meydana gəlməyə başlamışdır. Arxeoloq Migel Orreqonun sözlərinə görə o  əsas hakim idi. Eramızdan əvvəl 400-cü illərdə Maya sivilizasiyasının böyüyüb inkişafa başladığı bir vaxtda Olmek imperiyası öz təsir gücün itirməyə və zəifləməyə başlayır. Maya sivilizasiyasının çiçəklənməsi eramızin 250-800-ci illərini əhatə edir. Bu vaxtlar Mayalar indiki Hondurasdan mərkəzi Meksikaya qədər olan ərazini əhatə edirdilər.

Hiç yorum yok:

Yorum Gönder