Social Icons

Pages

13 Ekim 2012 Cumartesi

Osloda Afrika kralı qarət edildi.


Afrikanın aşantı qəbiləsinin kralı, Norveçin paytaxtında əsas güc simvollarından birini itirdi.
Monarx II Otumfua Osey Tutu,  Qana Respublikasının rəsmi nümayəndəsi kimi   Osloda keçirilən biznes konfransında iştirak etdi.  O gələrkən özü ilə birlikdə atalarından qalan,  mühüm mərasimlərdə istifadə olunan kral geyimlərini və dəyərli əşyalarını də gətirmişdi. BBC-nin məlumatlarına görə oteldən kim olduğu məlum olmayan  şəxslər tərəfindən kralın qiymətli əşyaları oğurlanmışdır. Norveç polisi hal-hazırda bu insidenti araşdırır. Otelin video görüntülərində qarətçilərin əlində çamadan oteli tərk edərək qaçdıqları görünüb.  Qeyd edək ki, əvvəllə  kral böyük gücə və hakimiyyətə sahib dövlət başçısı idisə, hazırda o sadəcə mərasimlərdə istifadə olunan tituldur.

Hiç yorum yok:

Yorum Gönder