Berlin
Almaniyanın şərqində, Polşa ilə sərhəddən 70 km məsafədə yerləşir. Tarixi mənbələrə
əsasən Berlinin əsası 1244-ci ildə qoyulmuşdur.
Berlin
Avropanın digər şəhərlərindən xeyli fərqlənir. Bu şəhər daim yenilənir, lakin
yeniliklər həyata keçirilən zaman tarixin qədim
izlərinə heç bir zərər dəymir.
Berllində
əsl incəsənət mərkəzidir. Burada çoxlu incəsənət qalereyaları, dizayn studiyaları
vardır. Şəhərdə mütəmadi olaraq beynəlxalq sərgilər, konfranslar və musiqi
festivalları keçirilir.
Bu küçə, Avropada neçənci ildə salındığı məlum
olan nadir küçələrindən biridir. Bulvar
Fridrix Velqelmin əmri ilə 1647-ci ildə
salınmışdır. Zaman keçdikcə bu küçə Berlinin ən məşhur yerlərindən birinə çevrilməyə başladı. İkinci
dünya müharibəsi zamanı burada yerləşən bütün binalar və memarlıq abidələri
darmadağın edilmiş və sonralar yenidən bərpa olunmuşdur. Lakin bu hadisə küçənin
məşhurluğunu azaltmadı.
Berlində
payız fəslinin xüsusi gözəlliyi
vardır. Şəhərin özünəməxsus cəhətlərindən
biri də budur ki, payızda yerə tökülmüş yarpaqlar zibil hesab olunmur. Qış gələnə
qədər küçələrə tökülmüş yarpaqları olduğu yerdə qalır və onları heç kim süpürmür.
Berlinin əsas turistik yerlərindən biri də Brandenburq darvazasıdır. O, şərqi Berlinin əsas simvollarından biridir. İlk əvvəl bu darvazaya “Dünyanın qapısı” deyirdilər.
Berlinin əsas turistik yerlərindən biri də Brandenburq darvazasıdır. O, şərqi Berlinin əsas simvollarından biridir. İlk əvvəl bu darvazaya “Dünyanın qapısı” deyirdilər.
Brandenburq darvazası 1989-cu ilə qədər uzun illər ərzində Almaniyanı iki yerə ayırırdı. Brandenburq darvazasından sonra Berlin divarları yerləşir. 1989-cu ildə bu divarların sökülməsindən, Şərqi və Qərbi Berlin arasında sərhədlərin açılmasından sonra bu divarlardan çox az bir hissə salamat qalmışdır. 1990-cı ilin yazından etibarən bu divarların salamat qalmış hissəsində şəhərin siyası həyatında baş vermiş hadisələr haqqında rəsmlər çəkilməyə başlandı.
1990-cı ilin 28
sentyabrında həmin ərazidə “East Side Gallery” açıldı. Bu muzey dünyada açıq səma
altında fəaliyyət göstərən ən uzun icəsənət abidəsidir.
Şəhərin
Şərq və Qərb hissəsi bir-biri ilə kəskin fərqlənir. Şərq
tərəf göydələnlər,
ticarət mərkəzləri və möhtəşəm ofislərdən ibarətdir. Qərb tərəf isə yüz illərdən
bəri mövcud olan canlı tarixdən ibarətdir.
Şəhərin
iki hissəsi təkcə arxitekturası ilə fərqlənmir. Qərblilər Şərqli almanları “osi”, şərqlilər isə gözünün
formasına görə Qərbi amanları “vesi” deyə
adlandırırlar. Şəhərin iki hissəsini bir-birindən ayıran digər cəhət də işıqforlardır. Şərq hissədə hələ də məşhur
Ampelman saxlanılmaqdadır.

Muzey
adası-Berlinin ən əfsanəvi və qeyri-adi
yerlərindən biridir. Bu qeyri adi ad Berlinin
Şimalında, Şpre çayında yerləşən Şpreinzel adasına məxsusdur. Burada Berlinin ən məşhur muzeyləri yerləşir.
Muzey adasına dünyanın hər yerindən turistlər gəlir. 1999-cu ildən etibarən bu ərazi
Yuneskonun mədəni irsi siyahısına aiddir.
Hiç yorum yok:
Yorum Gönder