Social Icons

Pages

Featured Posts

3 Nisan 2013 Çarşamba

Big Ben yox edildi.


Londonun məşhur Big Ben binasına kraliça II Yelizavetanın idarəçiliyinin 60 illiyi münasibəti ilə yeni ad verildi. Britaniya parlamentinin yaxınlığında yerləşən saatlı bina bundan sonra rəsmi olaraq "Elizabeth Tower" adlandırılacaq. 
Binanın adının dəyişdirilməsi haqqında qərarı ümumi palata tərəfindən hələ iyun ayında, Kraliçanın yubileyi münasibəti ilə keçirilən təntənəli mərasimdən sonra verilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, II Yelizaveta Britaniya Krallığı tarixində  idarəçiliyinin 60-illik yubileyini qeyd edən ikinci kraliçadır. Yerdən 55 metr hündürlükdə ucalan bu saatlı binanın hər saatının üzərində

18 Ocak 2013 Cuma

Avropanın içərisində yerləşən Şərq şəhəri


Həqiqətən də dünyada məscidlərin, katolik və pravoslav kilsələrinin, sinaqoqların bir-birinə yaxın ərazidə yerləşdiyi yerlər azdır. Əgər bu şəhər  Qərblə Şərq mədəniyyətinin və dinlərinin birləşdiyi Avropa şəhəridirsə onda çox güman ki söhbət Sarayevodan gedir. (Sarayevo-Bosniya və Hersoqovinanın paytaxtı)
Məruz qaldığı ağır dağıntılardan sonra   son on il ərzində Sarayevo çox dəyişilmişdir. Bu balaca ölkənin paytaxtı qərbi və mərkəzi Avropadan olan turistlərin daim diqqət mərkəzində olmuşdur.
Bosniya və Hersoqovinada turistlərə təklif oluna biləcək görməli yerlərin və abidələrin əksəriyyəti bu şəhərdə yerləşir. Şəhər tarix

15 Ocak 2013 Salı

Bərpaçılar Kolizeyin divarlarının əslində rəngarəng olduğunu aşkar ediblər.


Kolizey divarlarının bərpası  zamanı mütəxəssislər  onun daxili divarlarının rəngləndiyini  ortaya çıxarıblar. Kolizeyin xarici divarları ağ rəngdə olub,  onun fasadı mərmərdən hazırlanmış, içəri divarları isə qırmızı, qara və mavi rənglərdə olmuşdur.  Daha dəqiqliklə desək  divarların bir hissəsi  qara və qırmızı rənglərdə olan əhəng blokları ilə digər hissəsi isə mavi rəngdə olan suvaq ilə rənglənmişdir. Belə ehtimal edilir ki, mavi rəngdən  səmanı və ya dəniz mənzərəsini əks etdirmək məqsədi ilə istifadə ediblər.  Lakin  daha dəqiq nəticələrin ekspertlər tərəfindən  söylənilməsi gözlənilir.

Bu yenilik  amfiteatrın üçüncü  səviyyəsinda aparılan son qazıntı

14 Ocak 2013 Pazartesi

Ölülər şəhəri-Dünyanın ən məşhur məzarlıqları


Bütün dünyada kilsələrin altında ölülərin basdırılıb saxlanıldığı gizli yeraltı ailə sərdabələri  olduğunu çoxumuz bilmirik.
Portuqaliya-Evora
Bu ibadətgah Evorada turistlərin ən çox axın etdiyi məşhur abidələrindən biridir. İbadətgah XVI əsrdə, Müqəddəs Fransizko kilsəsinin yaxınlığında Fransız monarxı tərəfindən tikdirilmişdir.  Burada 5000 monarxın kəlləsi  və sümükləri saxlanılır. 2 bütöv sklet isə tavandan asılı vəziyyətdədir. Onların kim olduğu isə məlum

11 Ocak 2013 Cuma

Malayziyanın ştatlarından birində müsəlman olmayanlara “Allah” sözünü işlətmək qadağan edildi.




Star qəzeti bildirib ki, Malayziyanın Selanqor ştatının sultanı Sultan Şarafuddin İdris şah  ştat ərazisində müsəlman olmayanlara “Allah” sözünü işlətməyi qadağan edib. O hesab edir ki, bu müqəddəs sözü təkcə islam dininə inananlar işlədə bilərlər.
“Sultan yeni bir qərar qəbul edib: “Allah” sözü müsəlmanlar  üçün xüsusi və müqəddəsdir, lakin müsəlman olmayanlar üçün Selanqor ərazisində bu sözü işlətmək qadağandır.” –Ştatın İslam məsələləri üzrə katibi Məhəmməd Misri İdris bu sözləri deyib. Sultan müvafiq orqanlara  bu qadağanı pozanlara qarşı güclü tədbirlər həyata keçirmək üçün tapşırıq verib. Malayziyanın Baş Nazir müavini 

10 Ocak 2013 Perşembe

Şimali Koreyanın sirri açıldı

İnsan hüquqları müdafiəçiləri Google Earth xidməti sayəsində Şimali Koreyada 6  konslager aşkar ediblər. (Konslager- düşmən hesab olunan bir  qrup insanın əsasən  çox ağır şərtlərdə bir yerə toplanarak həbs olunub saxlanıldığı qapalı məkan). Reutersin verdiyi məlumata əsasən  bu konslagerlərdə 250 minə qədər siyai məhbus saxlanılır. Hüquq müdafiəçiləri hesab edirlər ki, təkcə Şimali Koreyada onlarla belə konslager  var. Konslagerin peyk görüntülərinə freekorea.ua  bloqunda baxmaq  olar.  Hüquq müdafiəçiləri israr edir ki, bu konslagerlər yuxarıdan peyk vasitəsilə baxdıqda qeyri-adi bir şey hiss olunmasın deyə,

Florensiyada 2000 il əvvəl bundan əvvələ aid dərman qutusu


Evinizdə nə qədər dərman həbləri olduğunu bilirsinizmi? 50, 100, bəlkə də bir neçə yüz?  Elə bir dövrdə yaşayırıq ki, hamımızın evində çoxlu sayda dərman olması adi bir haldır.  2000 il bundan əvvəl isə dərman  hazırlamaq üçün  bu qədər  istehsal vasitələri və şirkətləri yox idi. O zaman Hippokrat özü lazım olan bitkiləri toplayıb onlardan məlhəm hazırlamaq məcburiyyətində  qalırdı.  Həmin  məlhəmlərlə müalicə olunmağa isə hər kəsin gücü çatmırdı, çünkü bu çox baha başa gəlirdi və yalnız xüsusi  xəstələr buna nail ola bilirdi. Elə buna görə də bu yaxınlarda Florensiya və Piza şəhərlərində aşkar olunmuş tapıntıları kiçik sensasiya da