
Portuqaliya-Evora
Bu
ibadətgah Evorada turistlərin ən çox axın etdiyi məşhur abidələrindən biridir. İbadətgah
XVI əsrdə, Müqəddəs Fransizko kilsəsinin yaxınlığında Fransız monarxı tərəfindən
tikdirilmişdir. Burada 5000 monarxın kəlləsi
və sümükləri saxlanılır. 2 bütöv sklet
isə tavandan asılı vəziyyətdədir. Onların kim olduğu isə məlum
deyil.
Polşa-Czermna
Bu
yer 1776-cı ildə tikilib. Bu ibadətgahın
altında 21000 insan basdırılıb. Onlar 30 illik müharibə dövründə ( 1618-1648) acından
və vəbadan həlak olanlardır.
San-Bernardino,
Milan-İtaliya
Bu məzarlıq
1210-cu ildə, yaxınlıqda olan bütün xəstəxanaların məzarlıqları dolu olduğuna
görə sümüklərin saxlanılması məqsədi ilə tikilmişdir. Kilsə ilə məzarlığın əlaqələndirilməsi
1269-cu ildə baş verdi, lain 1712-ci ildə bu kilsə yandırıldı və onun yerində
1776-cı ildə daha böyük kilsə tikildi.
İtaliya-Roma,
Santa-Mariya-della-Konsezione dei Kappuççini
Kilsənin
altında yerləşən bu məzarlıq 5 hissədən ibarətdir və burada 1500 və 1870-ci illər arasında vəfat
etmiş 4000 rahibin skleti saxlanılır. Bu
skletlər üçün torpaq Yerusəlimdən gətirilmişdir.
Sedleç
məzarlığı Çexiya Respublikası
Məzarlığın
özünə məxsusluğu odur ki, burada ölülərin sümükləri böyük incəliklə ve
ehtiyatla bir yerə yığılmışdır. Məzarlıqda sümüklərdən hazırlanmış gerblər,
çilçıraq, bəzək əşyaları da vardır və o Romalılara
məxsus katolik ibadətgahının altında yerləşir. Bu yer dünyanın ən məşhur məzarlıqlarından
bir olaraq tanınır.
San-Fransisko
kilsəsi, Lima-Peru
Limada
yerləşən San-Fransisko kilsəsi dünyada təkcə
məşhur kitabxanası ilə deyil həm də kilsənin altındakı katakomba qəbrləri ilə də məşhurdurdur. Hesab olunur ki, bu məzarlıqda 70 000 yaxın
insan sümüyü vardır.
Hiç yorum yok:
Yorum Gönder