Evinizdə
nə qədər dərman həbləri olduğunu bilirsinizmi? 50, 100, bəlkə də bir neçə
yüz? Elə bir dövrdə yaşayırıq ki, hamımızın
evində çoxlu sayda dərman olması adi bir haldır. 2000 il bundan əvvəl isə dərman hazırlamaq üçün bu qədər
istehsal vasitələri və şirkətləri yox idi. O zaman Hippokrat özü lazım
olan bitkiləri toplayıb onlardan məlhəm hazırlamaq məcburiyyətində qalırdı. Həmin məlhəmlərlə
müalicə olunmağa isə hər kəsin gücü çatmırdı, çünkü bu çox baha başa gəlirdi və
yalnız xüsusi xəstələr buna nail ola
bilirdi. Elə
buna görə də bu yaxınlarda Florensiya və Piza şəhərlərində aşkar olunmuş
tapıntıları kiçik sensasiya da
adlandırmaq
olar. Toskana sahillərində batmış gəmidən qədim dərman qalıqları tapılıb. Relitto
del Pozzino adlı ticarət gəmisi 2000 ildən
artıqdır Toskana sahillərinin dibində qalmaqdadır. Gəmidə aşkar olunmuş həblər yerləşdirildiyi dəmir qutu sayəsində heç bir
şey olmadan dövrümüzə qədər gəlib çatmışdır.
Tapılan həblərin sayı 6, rəngi isə
bozdur.
Alimlər
bu qədim dərman qutusunu analiz etmək qərarına gəliblər, bu yolla onlar həblərin
tərkibini öyrənib ondan müasir tibbdə istifadə etməyi düşünürdülər. Ortaya çxan
nəticələr də maraqlı olub: belə ki, həbin
tərkibində tapılan maddə günümüzdə də mövcuddur. Bu hamının bildiyi
sinkdir. Onun dizinfeksiyaedici tərkibi
yaraların tezliklə sağalmasına kömək olur. Həblərin tərkibində həmçinin
nişasta, qətran, bitki və heyvan yağları, kətan, kömür vardır. Ehtimal olunur
ki, bu həblər daxilə qəbul etmək üçün deyil, məlhəm kimi sürtmək üçün istifadə
edilirmiş. O həmçinin göz xəstəliklərinin mülicəsi üçün göz qapaqlarının üstünə
çəkilirdi.
Hiç yorum yok:
Yorum Gönder