Həqiqətən
də dünyada məscidlərin, katolik və pravoslav kilsələrinin, sinaqoqların
bir-birinə yaxın ərazidə yerləşdiyi yerlər azdır. Əgər bu şəhər Qərblə Şərq mədəniyyətinin və dinlərinin birləşdiyi
Avropa şəhəridirsə onda çox güman ki söhbət Sarayevodan gedir.
(Sarayevo-Bosniya və Hersoqovinanın paytaxtı)
Məruz
qaldığı ağır dağıntılardan sonra son on il ərzində Sarayevo çox dəyişilmişdir.
Bu balaca ölkənin paytaxtı qərbi və mərkəzi Avropadan olan turistlərin daim
diqqət mərkəzində olmuşdur.
Bosniya
və Hersoqovinada turistlərə təklif oluna biləcək görməli yerlərin və abidələrin
əksəriyyəti bu şəhərdə yerləşir. Şəhər tarix
boyu Bizansın, Osmanlı
imperiyasının, Romanın və Avstriyanın tərkibində olmuşdur. Hər bir dövlət yerli
mədəniyyətin,adət-ənənələrin, dini baxışların, memarlığın üzərində silinməz izlər
qoymuşdur. Sarayevonu gəzmək, onun tarixi boyu gəzinti deməkdir. Tarixi yerləri,
zəngin mədəniyyət abidələrini sevənlər üçün bu şəhər cənnət kimidir. Bir çox qədim
binalar bu dağlıq ölkənin ağrı və fırtınalarla
dou tarixinə şahidlik etmişdir. Ölkənin iqtisadi və mədəni mərkəzi olan
Sarayevonun əhalisi 600000 nəfərdir.
Sarayevonun
ilk adı olan Bosnavarın əsası hələ 1263-cü ildə qoyulmuşdur. Yaxşı saxlanılmış
Şərq görünüşü və İslam üslubunda
tikilmiş rəngarəng binalarına görə bu şəhəri Avropanın içərisində yerləşən Şərq şəhəri adlandırırlar. O Avropanın Yerusəlimidir.
Deyirlər Allahin evi hər bir dində müqəddəs hesab olunur. Elə buna görə də
Sarayevo müqəddəs şəhərdir. Şəhərin ən
gözəl və diqqət çəkən məscidləri”Beqavo camiya” və “Çarevo Camiya”-dır.
Birincisi Osmanlı dövründə tikilmiş XV əsrə
aid şəhərin ən böyük məscidi hesab olunur. İkincisi isə Sarayevonun ən gözəl və
əzəmətli məscidi hesab olunur və şəhərin memarlığına əvəzolunmaz bir şərq
üslubu qatır.
Sarayevonun
dar küçələri, çoxsaylı məscidləri, mənzərəli türk bazarı, fərqli memarlığı gələn
turistlərin heyranlığına səbəb olmaya bilmir.. Lakin 1992-ci ildə olan vətəndaş
müharibəsi şəhərin memarlığı üzərində
silinməz izlər qoymuş, bir çox abidələr dağıdılmışdır.
Şəhərdə
xristianların daha çox olduğu şərq hissədə, XX əsrin sonlarında baş vermiş vətəndaş
müharibəsinin vurduğu ziyandan sonra belə
iki qədim kilsə öz qədim gözəlliyini saxlamağa nail olmuşdur. Bunlardan biri 1478-ci
ildə əsası qoyulmuş müqəddəs Mixayl və Qavril kilsəsi , digəri isə 1863-cü ildə inşa edilmiş müqəddəs Boqorodic kilsəsidir. Buradakı əksər binaların üzərində Avstriya mədəniyyətinin
təsiri hiss olunmaqdadır. Milli kitabxana, muzeylər və yuxarıda adını çəkdiyimiz
ən gözəl kilsələr buna misal ola bilər. Şəhərin elə bu hissəsindəcə 1566-cı ıldə tikilmiş qədim sinaqoq vardır. Bu gün orada yəhudi muzeyi yerləşir.
Bosniya
və Hersoqovinada turistlərin daha çox getdikləri yer Neretva çayı üzərində salınmış qədim və məşhur Mostare körpüsüdür. 1567-ci ildə tikilmiş və hazırda UNESCO’nun mədəni
irsi siyahısına daxil olan körpü dünyada daşdan hazırlanmış ən böyük tağ
körpüdür.
Hiç yorum yok:
Yorum Gönder