Londonun məşhur Big Ben binasına kraliça II Yelizavetanın idarəçiliyinin 60 illiyi münasibəti ilə yeni ad verildi. Britaniya parlamentinin yaxınlığında yerləşən saatlı bina bundan sonra rəsmi olaraq "Elizabeth Tower" adlandırılacaq.
Binanın adının dəyişdirilməsi haqqında qərarı ümumi palata tərəfindən hələ iyun ayında, Kraliçanın yubileyi münasibəti ilə keçirilən təntənəli mərasimdən sonra verilmişdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, II Yelizaveta Britaniya Krallığı tarixində idarəçiliyinin 60-illik yubileyini qeyd edən ikinci kraliçadır. Yerdən 55 metr hündürlükdə ucalan bu saatlı binanın hər saatının üzərində
latın dilində "Domine salvam fac Reginam nostram Victoriam Primam"-yəni "Allah, Kraliçamız I Viktoriyanı qoru" sözləri yazılıb. Qala Westminster sarayının memarlıq kompleksinə aiddir. Bir-neçə il bundan öncə Big Ben ölkənin ən məşhur turist qəbul edən abidəsi elan olunmuşdu.
Hiç yorum yok:
Yorum Gönder