Social Icons

Pages

15 Ocak 2013 Salı

Bərpaçılar Kolizeyin divarlarının əslində rəngarəng olduğunu aşkar ediblər.


Kolizey divarlarının bərpası  zamanı mütəxəssislər  onun daxili divarlarının rəngləndiyini  ortaya çıxarıblar. Kolizeyin xarici divarları ağ rəngdə olub,  onun fasadı mərmərdən hazırlanmış, içəri divarları isə qırmızı, qara və mavi rənglərdə olmuşdur.  Daha dəqiqliklə desək  divarların bir hissəsi  qara və qırmızı rənglərdə olan əhəng blokları ilə digər hissəsi isə mavi rəngdə olan suvaq ilə rənglənmişdir. Belə ehtimal edilir ki, mavi rəngdən  səmanı və ya dəniz mənzərəsini əks etdirmək məqsədi ilə istifadə ediblər.  Lakin  daha dəqiq nəticələrin ekspertlər tərəfindən  söylənilməsi gözlənilir.

Bu yenilik  amfiteatrın üçüncü  səviyyəsinda aparılan son qazıntı
işləri zamanı bərpaçıların və arxeoloqların rəngli suvaq izlərinə rast gəlməsindən sonra ortaya çıxmışdır.

Arxeoloqlarınn fikrincə,bu həddindən artıq vacib bir kəşfdir.  Beləliklə, Qədim Roma dövründə Flavio amfiteatrınının nə rəngdə olduğu müəyyən olunmuşdur.

Corriere della Seranın məlumatına əsasən, Kolizeyin bu hissəsinə  turistlərin  buraxılması  yay aylarına nəzərdə tutulub.

Hiç yorum yok:

Yorum Gönder