Versalı
sevgi meyvəsi adlandırırlar. Onun
maraqlı tarixi vardır:
Luiza adı , möcüzəli şəkildə Versalın bütün memarlıq tarixinə hopmuşdur.
Kral XIII Lüdovik 1632-ci ildə gələcəkdə Versal adlanacaq ərazidə çox da böyük olmayan bir torpaq sahəsi alır.
O, bu yerdə özünə ov edən zaman yaşamaq üçün bir ev tikdirir və böyük həvəslə
ovçuluqla məşğul olmağa başlayır. Lüdovik burada Luiza de Lafayet adlı xanıma aşiq olur.
Lakin hər şey elə də asan deyildi, çünkü
Luiza Kralı rədd etmişdi. Bu hadisədən sonra XIII Lüdovik mənəvi və
fiziki gücünü itirməyə
, hətta bir səfil kimi yaşamağa başladı. Əsrlər keçdi, XVIII əsrdə yenə də Luiza adlı başqa bir qadın
Kral XIV Lüdovikin qəlbini qazandı.
Utancaq, sadəlövh bir qədər də poetik
olan bu qıza qarşı kralda birdən birə
güclü bir sevgi alovlanmağa başladı. Luizanın sevgi hekayəsi əsrlərdir hələ də sevənlərin qəlbində
yaşamaqdadır. Məhs bu sevgi, Lüdoviki sarayda və onun ətrafında abadlıq işləri
aparmağa, yeni bağlar salıb, abidələr tikdirməyə vadar etdi.
Hal-hazırda
minlərlə turist bu bağlardan zövq almaqdadır, Fransaya səyahət edən hər bir
turist ürəyində Versalı görmək arzusu vardır.
“Versalda
hər şey insanı sevgiyə çağırır” –bu yerlərə heyran olan Andre Lenotr yazmışdır.
Bu
insan nə danışdığını çox yaxşı bilirdi, çünkü məhs Andre Lenator buradakı
bağların landşaft dizayneri idi. O fantastik bir şəkildə hər kəsin hər kəsin
heyran olduğu bağları salmış və sarayın
zallarının unikal işıqlandırma effektini
yaratmışdı.
Versalda
hal-hazırda da sevgi yaşamaqdadır. O bura dünyanın ən müxtəlif yerlərindən gələn
cütlüklərin qəlbində gəlir.
Hiç yorum yok:
Yorum Gönder