Social Icons

Pages

15 Aralık 2012 Cumartesi

Londanda nəhəng ördəyin Temza çayına buraxılması ilə əhalinin gündəlik gülüş sayının artırılmasına nail olublar.


Alimlər artıq neçə illərdir sübut ediblər ki, bir insanın xoşbəxt olması üçün çox gülməsi məsləhətdir.  Londonda alimlər bunu həyata keçirmək qərarına gəliblər.  Onlar sarı rəngdə, rezindən hazırlanmış, içərisi hava ildə dolu olan böyük ördək fiqurunu  Temza çayına buraxıblar.  Bu ördək balaca uşaqlar hovuzda oynayarkən istifadə etdikləri oyuncağa bənzəyir.  Ördəyin hündürlüyü 15 metr, ağırlığı isə təxmini  yarım tona yaxındır. Ördəyi suya buraxdıqdan sonra bir neçə saat ərzində çay vasitəsi ilə o bütün şəhərin mərkəzi  boyu üzmüş və onu görənlərin təəccüblə gülümsəməsinə səbəb olmuşdur. Bu ördəyin şərəfinə
hətta Tower körpüsünü də açmalı olublar.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, ördək balasının suya buraxılması mərasimində  məşhur Britaniya aktrisası  Barbara Vindzor  iştirak edib.
Ördəklə bağlı proyekt jackpotjoy.com saytına məxsusdur.  Proyektlə bağlı Facebookda   Jackpotjoy FUNdation adlı kompaniya  başladılıb. Bunun vasitəsilə istifadəçilər bura ördəklə bağlı öz fikirlərini təqdim edə və beləliklə insanların daha çox gülümsəməsinə səbəb ola bilərlər.  The Sun informasiya agentliyinin verdiyi məlumata əsasən ördək artıq öz missiyasını yerinə yetirib ve çoxlu sayda insanın gülüşünə səbəb olub.


Hiç yorum yok:

Yorum Gönder