Social Icons

Pages

7 Aralık 2012 Cuma

Fransada işçilər səhvən XVIII əsrə aid qalanı söküblər.


Fransada maraqlı ve eyni zamanda kədərli  bir hadisə baş verib:  Ölkənin Bordo vilayətində XVIII əsrə aid qala dağıdılıb.
İvrak kəndində yerləşən Belvyu qalasının sahibi, rus iş adamı Dmitriy Stroskin tarixi və memarlıq abidəsində bərpa işləri həyata keçirmək üçün işçi qüvvəsi səfərbər edib.  Qalanın sahibi işçilərə  eyni zamanda qonşuluqda yerləşən lazımsız sütunu da sökməyi tapşırır.  Öz qiymətli əmlakını mütəxəssislərə həvalə edən Stroskin qalanı tərk edir. İnterfaksın verdiyi məlumatlara əsasən İşçilər Stroskinin tapşırıqlarını səhv başa düşərək qalanın özünü
sökmüşlər.  Geri dönən iş adamı bərpaolunmuş qalanın əvəzinə xarabalıqla üzləşməli olub.  Stroskin dağıdılmış memarlıq abidəsinin yenidən inşa ediləcəyinə söz verib.

Hiç yorum yok:

Yorum Gönder