Social Icons

Pages

10 Aralık 2012 Pazartesi

İsveçrədə Avropanın ən hündür asma körpüsü inşa edildi.


 Dekabrın 7-si, İsveçrədə Avropanın ən hündür asma körpüsünün açılma mərasimi keçirildi. Körpü Titlis dağında 3041 metr yüksəklikdə yerləşir. 100 metr uzunluğunda olan və 1.5 milyon franka başa gələn körpüdən keçmək pulsuzdur. Əlbəttə ki, eni 1 metr olan körpüdən keçməyə yalnız normal hava şəraitində icazə verilir.  Körpüyə gəlmək üçün 140 metrlik yeraltı  “Titlis” dağ stansiyasına minmək lazımdır. Körpüyə gəlməzdən öncə turistlər öz idman əşyalarını və ya digər böyük əşyalarını stansiyanın saxlama
məntəqəsinə qoya bilərlər. Yüksək hündürlüyə və  güclü küləyə baxmayaraq bu körpü təhlükəsizdir. O, sadəcə olaraq bir az yellənir. Adrenalin həvəskarları üçün bu körpü bir cənnət kimidir. Yaxınlıqdakı Salbiçen dağında yerləşən Salbitrücke körpüsü isə artıq Avropanın ikinci yüksək körpüsü oldu. 


Hiç yorum yok:

Yorum Gönder