Dünən
Vatikan radiosunun verdiyi məlumatlara görə, dünyaca məşhur Notr Dame kilsəsinin
850 illik yubileyinə həsr olunmuş mərasim
12 dekabrdan etibarən 2013-cü il noyabrın 24-ə qədər davam edəcək. Yubileyin qeyd olunması bu gün axşam
saatlarında Paris arxiyepiskopu Andre Ven-Turanın iştirakı ilə başlanacaq. Mərasimdə şəhər meri Manuel Valsa və bir sıra
görkəmli siyasi, ictimai xadimlər iştirak edəcək. Yubiley münasibəti ilə şəhərin qonaqları üçün xüsusi marşrut müəyyən olunub. Katedral
meydanında başlanan marşrutda tursitlərə Kilsə və onun ətrafındakı yerlərlə
bağlı maraqlı faktlar açıqlanacaq.
1163-cü
ildə VII Lüdovikin dövründə, Roma papası
III Aleksandr, Paris arxiyepiskpu Moris
de Syulliyə Məryəm anaya həsr olunacaq
kilsənin tikintisi üçün razılıq
verir. Məbədin xarici və daxili gözəlliyi
və əzəməti uzun əsrlər boyu onu kral nigahlarının, tacqoyma və dəfin mərasimlərinin
şahidinə çevirmişdir. Məhz burada 1302-ci ildə Fransa parlamentinin - Baş
Ştatların ilk iclası keçirilmişdir. 850 il ərzində kilsənin xarici görünüşünü
bir neçə dəfə dəyişdirilmişdir. Kilsə 1831-ci ildə Viktor Hüqonun “Paris Məryəm ana kilsəsi” romanının
yazdıqdan sonra xüsusi şöhrət qazanmağa başladı. Hər il 14 milyon turist qəbul
edən bu kilsə Avropanın ən çox ziyarət edilən abidələrindən biridir.
Yubiley
münasibəti ilə yanvar ayında Fransada Notr Dame kilsəsinin şərəfinə iki yeni
poçt markası istifadəyə veriləcək, fevral ayında isə kilsəyə yeni zəng
qoyulacaq.
Hiç yorum yok:
Yorum Gönder