İnsan
hüquqları müdafiəçiləri Google Earth xidməti sayəsində Şimali Koreyada 6 konslager aşkar ediblər. (Konslager- düşmən
hesab olunan bir qrup insanın əsasən çox ağır şərtlərdə bir yerə toplanarak həbs
olunub saxlanıldığı qapalı məkan). Reutersin
verdiyi məlumata əsasən bu konslagerlərdə
250 minə qədər siyai məhbus saxlanılır. Hüquq müdafiəçiləri hesab edirlər ki, təkcə
Şimali Koreyada onlarla belə konslager
var. Konslagerin peyk görüntülərinə freekorea.ua bloqunda baxmaq olar.
Hüquq müdafiəçiləri israr edir ki, bu konslagerlər yuxarıdan peyk vasitəsilə
baxdıqda qeyri-adi bir şey hiss olunmasın deyə,
qəsdən şəhərcik və ya qəsəbə
formasında qurulmuşdur. Lakin mütəxəssislər
görüntülər üzərində tədqiqat aparmış və
burada düşərgə qapıları, gözətçi qüllələri, kömür və neft quyularının olduğunu
qeyd ediblər. Hüquq müdafiəçiləri tərəfindən ilk konslager 2003-cü ildə aşkar
edilmişdi və bunun ardınca onların “Gizlədilmiş GULAG” adlı ilk kitabı çap
edilmişdi. 2012-ci ildə isə kitabın ikinci hissəsi çıxarıldı. Google Earth şəkillərini görən keçmiş məhbuslar
təsdiq edirlər ki, onlarən saxlanıldıqları yerini bilirlər. Yanvar ayının 8-i
Google idarə heyətinin sədri Erik Şmidt
bu məsələ ilə bağlı Şimali Koreyaya səfər etdi.
O, yerli sosial media ilə görüşmək, universitetləri ziyarət etmək və
yerli siyasi liderləri ilə görüşmək niyyətindədir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder