Social Icons

Pages

11 Ocak 2013 Cuma

Malayziyanın ştatlarından birində müsəlman olmayanlara “Allah” sözünü işlətmək qadağan edildi.




Star qəzeti bildirib ki, Malayziyanın Selanqor ştatının sultanı Sultan Şarafuddin İdris şah  ştat ərazisində müsəlman olmayanlara “Allah” sözünü işlətməyi qadağan edib. O hesab edir ki, bu müqəddəs sözü təkcə islam dininə inananlar işlədə bilərlər.
“Sultan yeni bir qərar qəbul edib: “Allah” sözü müsəlmanlar  üçün xüsusi və müqəddəsdir, lakin müsəlman olmayanlar üçün Selanqor ərazisində bu sözü işlətmək qadağandır.” –Ştatın İslam məsələləri üzrə katibi Məhəmməd Misri İdris bu sözləri deyib. Sultan müvafiq orqanlara  bu qadağanı pozanlara qarşı güclü tədbirlər həyata keçirmək üçün tapşırıq verib. Malayziyanın Baş Nazir müavini 
Mühiddin Yassin də  öz növbəsində qeyd edib ki , Sultan ştatın islam məsələləri ilə bağlı müstəqil qərarlar vermək hüququna malikdir.
Bir neçə söz Malayziya haqqında:  Malayziya – Cənub-Şərqi Asiyada dövlət.  1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış Malayziya 13 ştatdan ibarətdir: 9 ştat irsi olaraq sultanlar tərəfindən idarə olunur ki, bu sultanlar da hər beş ildən bir Malayziyanın prezidentini seçir.  Qalan 4 ştat isə qubernator tərəfindən idarə olunur.  Bu çoxmillətli ölkədə əsas din İslamdır və əhalinin 60%-i müsəlmanlardır.  Xristianlar ölkənin 9%-ni təşkil edir. Qalan çoxluq isə əsasən çinlilər və hindlilərdir.

Hiç yorum yok:

Yorum Gönder