Social Icons

Pages

25 Ekim 2012 Perşembe

Arktikada buz örtüyü azalmağa, Antarktidada isə artmağa başlayıb.


Arktikada buz örtüyü daha surətlə azalmağa başlayıb, lakin Antarktidada isə yavaş yavaş  artdığı qeyd olunub.  Bu məlumatı ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirən NASA öz hesabatında qeyd edib.  Sənədə görə, bu ilin sentyabr ayında Arktika buzlaqlarının ümumi sahəsi  peyklər müşahidəyə başladığı ildən etibarən heç vaxt görünmədiyi şəkildə çox surətlə azalmışdır. Bunun əvəzində isə  Antarktidada  buzlaqların miqdarı rekord həddə çataraq çoxalmışdır.
Amerikan alimlərinin hesablamalarına görə planetimizin cənubunda yerləşən Antarktidada buzlaqların artması  1978-2012-cu illər
arasında ildə 11000 kvadrat kilometr təşkil edirdi. Son dörd ildə isə bu artım ilə 17000 kvadrat kilometr təşkil edir. Mütəxəssislər fikrinə görə bu artımın səbəbi Antarktidada atmosfer üzərində baş verən dəyişikliklərdir.

Hiç yorum yok:

Yorum Gönder