Social Icons

Pages

2 Kasım 2012 Cuma

Napoleonun Moskva ilə bağlı 1812-ci il sərəncamı Fransada hərraca çıxarıldı.


Fransada Osenat hərrac evində imperator birinci Napoleonun  Moskvada Kreml sarayının dağıdılması ilə bağlı sərəncami  hərraca qoyulub. İTAR-TASS-ın verdiyi məlumata görə bu sənəd şəxsən fransız imperatoru tərəfindən imzalanıb. Hərracın təşkilatçılarının sözlərinə görə bu tapıntı 1812-ci il Rusiya müharibəsi ilə bağlı çox fövqəladə sənəddir. “Napoleon tərəfindən Rusiyada yazılmış məktub-nadir hadisədir. Sənədin önəmli hissəsi ya ruslar tərəfindən ələ keçirilimiş ya da itirilmişdir.” – deyə ekspert Alen Nikolay qeyd etmişdir. Mütəxəssislərin qiymətləndirməsinə
əsasən sənədə 10 min avrodan 15 min avroya qədər qiymət qoyulmuşdur. Hərrac dekabr ayının 2-i Fransanın Fontenblo şəhərində keçiriləcək. Məktubun  yeni təqvim ilə 1812-ci il oktyabrın 20-si göndərildiyi ehtimal olunur. Bu zaman artıq Napoleon talan edilmiş şəhəri tərk etmişdi. Bu böyük orduda o zamanlar 107 min əsgər və 18,5 min süvari var idi. Bu ordu ilə Napoleon rus ordusunu məğlub edərək  yaxınlıqdakı böyük qida bazası olan Kaluqadan Smolenskə gedən yola çıxmaq istəyirdi. İmperator qışı burada keçirib sonra Peterburq ya da Kiyevə hücum etməyi planlaşdırırdı. 

Hiç yorum yok:

Yorum Gönder