Boliviyada
yerləşən bu şəhər Santa-Kruz-de-la-Sierradan
sonra ölkədə əhalisi çox olan ikinci şəhəridir.
Şəhərin
tam adı: Nuestra Senyora-de-la-Pas
Əsası
1548-ci ildə qoyulan La Pas Cənubi
Amerikanın ən qədim şəhərləri sırasındadır. O Amerika qitəsində İspanların qızıl və gümüş
tapdıqları ilk şəhərlərdən biridir. Dəniz
səviyyəsindən 3650 metr yüksəklikdə olan La Pas ölkənin şimal-qərbindən cənub-şərqinə
axan Çokyapu çayının əmələ gətirdiyi dərədə yerləşir. Şəhəri hər tərəfdən
Altiplano yüksək dağları əhatə edir. O, böyüdükcə dağ yamaclarına doğru inkişaf edir La Pas La Pas Boliviyanın vacib mədəni mərkəzlərindən
biridir. Burada İspan müstəmləkəçiliyi dövründə tikilən kilsələr, tarixi binalar müxtəlif muzeylər, qədimdən qalma bazarlar çoxdur. Şəhər özünün qeyri-adi topoqrafiyası və milli
mədəniyyəti ilə fərqlənir.
İspaniyanın
müstəmləkəçiliyi dövründə şəhərlər mərkəzi meydanların ətrafında salınır, ətrafında
isə əsas inzibati binalar və kilsələr yerləşirdi. La pas şəhəri də bu qaydadan kənara
çıxmamışdır. Şəhərin əsas mərkəzi meydanı
Plaza Murilyodur. İlk əvvəl meydanın adı Plaza de Armas idi. Sonralar bu
meydana Boliviyanın azadlığı uğrunda mübarizə aparan Pedro Dominqo Murilyonun adı verildi. Meydanın mərkəzində bu qəhrəmanın 3 metrlik
bürünc heykəli qoyulmuşdur. Murilyo meydanı hal-hazırda şəhərinəsas turistik yerlərindən
biridir.


Valle
de la Luna-Ay vadisi
Ay
vadisi La Pasın mərkəzindən 10 km məsafədə yerləşir. Əsrlər ərzində yağış və
küləyin təsirindən bu ərazidə relyef
qeyri-adi bir görünüş almışdır. Ay vadisi labirint və keçidlərdən ibarət olan
möhkəm ərazidir.
Hiç yorum yok:
Yorum Gönder