Bu gün ilk olaraq sizi Şərqi Avropanın ən gözəl ve qədim şəhərlərindən biri olan Lvov şəhəri ilə tanış edirəm.

oğlu Lvanın şərəfinə adlandırılmışdır.
Əgər siz XIII-XX əsrlərə aid məbədlər, kilsələr və qədim arxitekturaya malik digər
abidələri görmək istəyirsinizsə, onda yolunuzu bu möhtəşəm şəhərdən salmağa dəyər.
Lvov öz unikallığı, gözəlliyi və təkrarolunmazlığı ilə nəinki Ukrayna şəhərləri arasında hətta bütün Şərqi
Avropa şəhərləri arasında xüsusilə fərqlənir. Şəhərin mərkəzi XVI-XVIII əsrdə qurulmuş bazar
meydanıdır. Burada yerləşən 44 binanın hər birinin özünəməxsus təkrarolunmaz əfsanəsi
və tarixi vardır. Elə buna görə də Mərkəzi
hissə UNESCO-nun “Dünya mədəni irs siyahısınna” daxil edilmişdir.
Şəhərin ən
gözəl katolik kilsələrindən biri Latın kilsəsidir(Латинский Кафедральный Собор
св. Марии), İntibah dövrünə aid, XIV əsrə məxsus bu kilsənin tilkilməsində
qotik və barok üslubundan istifadə olunmuşdur .
Lvov arxitekturasının xüsusilə
fərqlənən memarlıq abidələrindən biri də 1740-ci ildə tikilmiş Dominikan kilsəsidir. Arxitekturanı yaxşı
başa düşənlər, Kilsəyə baxdiqda Fransız memarlıq üslubunun təsirini o dəqiqə
hiss edir.
Müqəddəs Elizabet kilsəsini görmədən bu şəhəri əsla tərk etməyin.
Lvov şəhərində bir neçə opera binası var,
lakin bunlardan ən məşhur olanı Salomi Kruşelnitska adına Opera teatrıdır ki,
bu opera teatrı Avropanın 3 ən gözəl opera binasından biri hesab olunur. Binanın əzəməti , strukturu, bol dəbdəbəli
daxili və xairci görünüşü həqiqətən də görənləri valeh edir.
Lvovun məşhur yerlərindən biri də “Yüksək
qala”dır. Dəniz səviyyəsindən
413 metr yüksəklikdəki dağda yerləşən bu ərazidən şəhəri seyr etmək insana ayrı
bir ləzzət verir.
Silah həvəskarı olanlara şəhərin “Arsenal”
adlanan və böyük kolleksiyası olan silah
muzeyini gəzməyi də məsləhət görərdim.
Muzeyin yerləşdiyi binanın ayrıca bir gözəlliyi və marağlı tarixi
vardır.
Lvov
Ukraynanın digər şəhərləri ilə müqayisədə Qərbə daha yaxın yerləşir, elə buna
görə də sovet tipli binalara burada daha az rast gəlinir. Şəhərdə Rusiyanın deyil Polşanın təsiri çox tez hiss
olunur. Ölkənin digər şəhərlərindən fərqli olaraq, burada rus dilində danışan vətəndaşlara
rast gəlmək çətindir.
Hiç yorum yok:
Yorum Gönder