Social Icons

Pages

20 Kasım 2012 Salı

Yaponiya haqqında bilmədiyiniz gerçəklər


Yaponlar telefona “Allo” deyil, “Mosi-mosi” deyə cavab verirlər. Telefon ilk  dəfə yaponların həyatına daxil olan zaman onlar zənglərə “oy, oy”  deyə cavab verirdilər. Bu söz tərcümədə “bəli, bəli” deməkdir.
Zəng edən adam isə “xay ye qodzaymasu” (“mənim işim var”) deyirdi.  Zaman keçdikcə bu söz tez-tez işlənməyə başladı və öz formasını dəyişərək qısaldıldı. Əvvəlcə “Mosimasu, mosimasu” sonra isə “mosi-mosi” oldu.
Qədim zamanlarda Yaponiyada  balıqları qarabatdaq quşunun yardımı ilə ovlayırmışlar. Onlar gecənin qaranlığında qayıqda işıq
yandıraraq balığın dıqqətini çəkirdilər. Sonra uzun ipə bağlanmış quşlar suya salınırdı. Quşların boğazını iplə bərk sıxırdılar ki,  onlar balığı uda bilməsinlər. Suya salınmış quş balığı tutduqdan sonra onu sudan çıxarıb ağzında saxladığı balığı götürürdülər.  Sonda isə əməyinin müqabilində hər bir quşa yemək verilirdi.
Yapon əskinaslarında adətən üzündə çox tük olan kişilərin rəsmləri yerləşdirilir. Bunun səbəbi  qədim zamanlarda yaponların daha tüklü olması deyil. Bəs əsl səbəb nədir? Əskinasları hazırlayan dizaynerlərin əsas məqsədi pulun saxta formasını düzəltməyin qarşısını almaqdır. Belə ki, əskinasın üzərinə yerləşdirilən şəkilə xırda detallar əlavə olunduqda onun saxtasını hazırlamaq daha çətin olur.  Buna görə də  dizaynerlər xırda detalların çox olmasına xüsusi diqqəd ayrırlar. Məsələn gur saqqalı, bığlı, alnı sızanaqlı.
Yaponiyada 1 fincan kofe çox bahadır. Kafelərdə bir fincan kofe içmək bəzi yerlərdə 400 iyenadan yuxarıdır.  Bunun səbəbi kofenin xaricdən idxal olunması deyil.  Qiymətlərin baha olmasının səbəbi kofe yox, həmin kafenin yerləşdiyi ərazidi.  Kafeyə gələn müştəri içkini sifariş etdikdən sonra  rahat bir bucaqda istədiyi qədər otura bilər. Burada o həm kitab oxuyar, həm yağışdan qoruna bilər, həm də şəhərin toz dumanından qaça bilər. Oturduğu vaxt ərzində heç kim onu narahat edə bilməz.
Yaponiyada sürücülər dördyol ayrıcında dayandıqları zaman maşının işıqlarını söndürürlər.  Bura gələn xaricilər elə bilir ki,bu üsulla Yaponiyalı sürücülər mühərrikin enerjisinə qənaət etmək istəyirlər.  Lakin bu doğru deyil.  Məsələ bundadır ki, sürücülər dördyol ayrıcında dayandıqları zaman avtomabilin işıqlarına ehtiyac duymurlar və buna görədə onu söndürürlər ki, qarşıdan gələn avtomabil sürücüsünün gözünü qamaşdırmasın. Bir fikirləşin, bu qədər incə bir davranışı nəyə görə başqa ölkələr də təkrar etməsin.
Yaponiyada tərəvəz mağazasını “800 növ məhsul mağazası”. Əvvəllər  tərəvəz mağazaları  yalnız tərəvəz və bitki satırdılar. Zaman keçdikcə satılan məhsulların növü artmağa başladı (yemək üçün lazım olan digər qidalar).  Yaponlarda 800 rəqəmi  çoxlu sayda əşyaları bildirir. Ona görə də tərəvəz mağazaları indi “800 növ məhsul mağazası” adlanır.
Yaponlar işıqforda olan yaşıl rəngə mavi rəng deyirlər. Yaponiyada ilk dəfə işıqfor meydana gələn zaman siqnallar qırmızı, sarı və mavi rəngdə olmuşdur. Sonradan məlum oldu ki, uzaq məsafədən yaşıl rəngi görmək daha asanddır. Buna görə də işıqforun mavi rəngi yaşıl ilə əvəz olundu. İşıqfordakı rəng dəyişsə də, əhali dilində bu ənənə hələ də dəyişməmişdir.
Yponiyada Sumo turnirinin qaliblərini qeyri-adi priz gözləyir.  Həmin şəxsə yeni avtomabilin açarı, bir illik benzin ehtiyatı, bir illik Coca-Cola, 1000 ədəd şitaki göbələyi və bir dana hədiyyə verirlər.

Hiç yorum yok:

Yorum Gönder