Sidney,
avropalıların Avstraliyada məskən saldığı ilk ərazidir. Şəhərin əsası 1788-ci
ildə qoyulmuş və Britaniya lordu Sidneyin şərəfinə adlandırılmışdır. Sidney
Avstraliyanın cənub-şərqində Tasman dənizinin sahilində yerləşir. Bir
neçə cümlə Avstraliya haqqında: Avstraliya
İttifaqı cənub yarımkürəsində yerləşən
Avstraliya materikini, Hind və Sakit okeanlarda
olan bəzi adaları və Tasmaniya adasını əhatə
edir. Ərazisinə görə dünyanın altıncı böyük dövləti olmağına baxmayaraq, burada əhalinin sıxlığı çox aşağıdır. Avstraliya altı ştatdan ibarətdir. O, inkişaf etmiş, güclü iqtisadiyyata malik ölkələrdəndir. Avstraliyanın əsas əhalisini Britaniya və İrlandiyadan gələnlər təşkil edir. Paytaxtı Kanberradır.
edir. Ərazisinə görə dünyanın altıncı böyük dövləti olmağına baxmayaraq, burada əhalinin sıxlığı çox aşağıdır. Avstraliya altı ştatdan ibarətdir. O, inkişaf etmiş, güclü iqtisadiyyata malik ölkələrdəndir. Avstraliyanın əsas əhalisini Britaniya və İrlandiyadan gələnlər təşkil edir. Paytaxtı Kanberradır.
Sidney qitənin ən böyük şəhəri, həm də əsas iqtisadi mərkəzi hesab
olunur. Şəhərin əhalisi 4,5 milyona
yaxındır. Dünyanın ən gözəl limanlarından olan Sidney, eyni zamanda dünyanın ən çoxmillətli şəhərlərindən
biridir. Əksər hallarda Xaricilər bu şəhərə
həmişəlik qalmaq məqsədilə gəlir. Şəhərin
sahil hissəsini çimərliklər əhatə edir. Sidney Avstraliyanın əsas kurort şəhəridir. Şəhərdə
turistlər üçün maraqlı olacaq yerlər
çoxdur: Avstraliya muzeyi, Avstraliya Milli dəniz Muzeyi, Sidney Opera teatrı ,
Sidney rəsədxanası, kraliça Viktorianın evi,
Harbor Bric mostu və s. Sidney
opera teatrı dünyanın ən məşhur teatrlarından biri və təkcə Sidneyin deyil
bütün Avstarliyanın əsas simvoludur.
Qu
quşuna bənzəyən unikal xarici qruluşu, qeyri-adi formada təşkil olunmuş dam
örtüyü sayəsində Sidney opera teatrı
müasir dünyanın ən nadir və görkəmli binalarından
biridir. Bu möhtəşəm memarlıq abidəsinin arxitektoru Danimarkalı Yorn Utzon
omuşdur. O, 1957-ci ildə Opera binasının tikilməsi üçün keçirilən Beynəlxalq tenderi qazandı. Tikinti 1973-ci ildə sona
çatdırıldı və açılış Kraliça Elizabeta tərəfindən
həyata keçirildi.
Harbour
Bric körpüsü dünyanın ən böyük polad körpülərindən biridir. Bu körpü Sidneyin əsas
memarlıq abidələrindən biri hesab olunur, onun tikintisi 1932-ci ildə başa
çatmışdır. Xarixi görünüşünə görə yerli əhali bu körpüyə “köhnə asılqan”
deyir. Sidneyin ən böyük körpüsü olan
Harbour Bricdən şəhərə gözəl və
heyranedici mənzərə açılır. Körpünün uzunluğu 1150 metrdir. O şəhərin Şimal və
Cənub hissəsini birləşdirir.
Sidney rəsədxanası Sidney yaxınlığındakı dağlarda yerləşir. Bu rəsədxana
Dünyanın ən əsas astronomik mərkəzləri sırasına daxildir.
O, Avstraliyanın ən qədim
rəsədxanası və əsas elmi abidəsidir. 1858-ci ildə inşa edilmişdir. Rəsədxananın
daxilində Elektrik stansiyası muzeyi də yerləşir.
Sidney
qülləsi də şəhərin əsas turistik yerləri sırasındadır. Şəhərin mərkəzində yerləşən
qüllənin hündürlüyü 305 metrdir.
Qüllə 3 hissədən ibarətdir: birinci hissədə
siz 250 metr hündürlükdə yerləşən üstü örtülü zaldan bütün şəhəri seyr edə bilərsiniz.
Bundan 18 metr hündürlükdə üstü açıq, döşəməsi şüşə olan zal yerləşir. Qüllənin
əsas hissəsində isə 220 nəfərlik restoran fəaliyyət göstərir.
İnsana
elə gəlir ki, Sidney kimi müasir abidələri olan modern şəhərdə Orta əsrlərin
qot üslubunda olan abidəyə rastlamaq
mümkün deyil. Lakin belə deyil! Sidneyin tam mərkəzində, Avstraliyanın ən böyük
kilsəsi olan və qot üslubunda tikilmiş Müqəddəs Mariya kilsəsi yerləşir. Kilsə
gözəl xarici quruluşa malik olması ilə fərqlənir. 1821-ci ildə tikintisi
başlanmışdır, fasilələrlə davam edən
tikinti nəhayət 2000-ci ildə sona
çatdırılmışdır.









Hiç yorum yok:
Yorum Gönder