Madrid İspaniyanın paytaxtı və ayrıca
regionudur. Şənlik və xoş əhval ruhiyə bu şəhəri heç vaxt tərk etmir. Madrid
Avropanın ən yüksəkdə yerləşən paytaxtıdır. Burada qış yetəri qədər soyuq yay
isə çox isti keçir, yaz və payız aylarına burada ölü aylar deyilir. Əgər bu şəhərə
getmək fikrininz varsa, onda yaz aylarını
seçməyinizi məsləhət görərdim.
Madrid
855-856-cı illərdə, Manzares çayının
sol sahilində qala tikməyi əmr edən Əmir Məhəmmədin dövründə qurulmuşdur. Xristian və müsəlmanlar
uzun müddət bu qala uğrunda mübrizə aparmışlar.
Şəhərin
mərkəzi qədim Post House(1768) və üç
heykəlli Puetro Del Sol meydanıdır. Meydan şəhərin rəmzi ilə bəzədilib-bir ayı
və çiyələk ağacı.
Habsburq
rayonunda yerləşən Plaz Mayor (Place M ayor) meydanı orta əsrlərdə bazar meydanı kimi istifadə olunurdu. Meydanın mərkəzində
III Filippin heykəli yerləşir . Plaz Mayor meydanının şərq tərəfində Santa Kruz
sarayının yerləşdiyi Plaz de la Provinsiya meydanı yerləşir.
Paxa
meydanında yerləşən “Chapel if Bishop”
Madridin yeganə qot tipli tikilmiş məbədidir. Madridin ən qədim yerlərindən biri də Telodo
darvazasıdır (Puerta de Toledo). Siz burada müqəddəs Böyük Françizko kilsəsini
və şəhərin qərbinə mənzərsi olan Vistiliyas parkını da görə bilərsiniz.
Madridin
göməli yerlərindən biri də Sabatini bağları ilə əhatə olunmuş Kral sarayıdır(Placio Real), bu yer çox vaxt
turistlər üçün açıqdır.
Şəhərin
İspaniya meydanı adlandırılan yeri də turistlər üçün çox cəlbedicidir. Burada
XX əsrin 50-ci illərinə aid iki bina fərqləndirilir: İspaniya Evi və Madrid
qülləsi. Əlavə olaraq burada XVIII əsrə aid olan və Barokko tipində tikilmiş
San Morkos kilsəsi də yerləşir. Kilsənin yaxınlığında Seralbo muzeyi yerləşir
ki, burada dünyanın məşhur incəsənət əsərləri toplanmışdır.
Bütün
bunlardan əlavə şəhərdə çoxlu sayda gözəl mənzərəli bağlar və parklar
salınmışdır. Bu parklar arasında ən möhtəşəm olanlardan biri Retiro parkıdır.
Bu yer XVII əsrdə kral ailəsinin üzvləri üçün salınmışdır.
Əgər
siz gecə həyatını sevirsinizsə, onda Madridin Santo Barbara, Bilbao, Alonso
Martines meydanlarını görməlisiniz.
Burada çoxlu sayda Kafelər, barlar və əyləncə mərkəzləri var.
Əgər
siz Madridə Gedməyi qərara almısınızsa, unutmayın ki, nə vaxt və hansı şəraitdə
gedməyinizdən asılı olmayaraq bu şəhər
sizin çox xoşunuza gələcək. Madrid qədim
tarixin və müasirliyin bir yerdə
toplandığı bir şəhərdir.







Hiç yorum yok:
Yorum Gönder