Social Icons

Pages

7 Kasım 2012 Çarşamba

Dünyanın ən qeyri-adi çimərlikləri


Adətə yanımızda  kimsə çimərlik haqqında danışanda  ağlımıza 3 şey gəlir: Günəş, dəniz və və isti qum.  İnsanların xəyalında  bəyaz qum, buludsuz səma  və  dalğa canlanır.  Lakin bu xəbəri oxuduqdan sonra  siz bütün çimərliklər haqqında bu qədər yaxşı fikirdə olmaya bilərsiniz.  Bu məqalədə sizə dünyanın ən qeyri-adi çimərliklərini təqdim edirəm.
Hindistanın Qoa çimərliyi. Çimərliyi gördükdən sonra çətin ki burada dincəlməyə həvəsiniz qalar. Çünkü dənizin sahilində siz
insanlardan daha çox inəkləri görəcəksiniz.

Maxo çimərliyi-Bu çimərlikdə Prinsesa Juliana beynəlxalq hava limanının uçuş və eniş zolaqları yerləşir.  Maxo çimərliyi dünyada yeganə yerdir ki, burada təyyarələr sizin başınızın üstündən eniş və uçuşları həyata keçirəcək.

Havay adaları Papakolea çimərliyi.  Bəlkə də inanmaq çətin olacaq, amma dünyada yaşıl çimərliklər də mövcuddur. Dünyada iki belə yer var. Birincisi Sakit okeanın qərb tərəfindəki Quam adalarında, ikincisi isə Havay adalarındadır. Burada torpaq, tərkibindəki olivina kristalı sayəsində  yaşıl rəngdədir.

Yaponiyanın Siqaya çimərliyi. Bu dünyanın ilk süni çimərliyidir və il boyu fəaliyyət göstərir.

Yeni Zellandiyanın İsti su çimərliyi-Burada qumun altında isti su mənbəyi vardır ki, bunlar da zamanla torpağın səthinə çıxır. Əgər siz isti su vannası qəbul etmək istəyirsinizsə burada torpağı  qazıb orada uzanmaq kifayətdir.

Havay adaları Punal.  Bu çimərliyin torpağı qara rəngdədir.  Bu, dünyada qara torpağı olan ən məşhur çimərlikdir.  Bundan əlavə çimərlikdəki böyük yaşıl tısbağalar və isti günəş hər il bura minlərlə turist cəlb edir.

Çinin Panjin Qırmızı çimərliyi.  Burada torpağın rəngi qırmızıdır.

Playa De Qalpyuri çimərliyi. Bu çimərliyin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki,  çimərliyin yanında dəniz yoxdur.  Dənizlə əlaqə 100 metr uzunluğundakı mağaralar vasitəsilə əldə olunub.


Hiç yorum yok:

Yorum Gönder